Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb

img

25-04-2025 [16:48]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Məlumata görə, Azərbaycan XİN başçısı ilə ATƏT-in Baş katibi arasında ikitərəfli görüş başlayıb.

Görüşdə tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə müzakirələr aparıblar.

ATƏT məkanında dəyişən vəziyyətə toxunulub və dialoq ilə sabitliyin vacibliyi vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA