"Srebrenitsa anaları" "Ana harayı" abidəsini ziyarət etdi - FOTO

img

24-02-2019 [21:44]


Azərbaycanda səfərdə olan "Srebrenitsa anaları" Hərəkatının üzvləri Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan "Ana harayı" abidəsini ziyarət ediblər.

"Srebrenitsa anaları" Hərəkatının və Parlement Jurnalistləri Birliyinin (PJB) təmsilçiləri ilə yanaşı, Xocalı soyqırımı qurbanlarının yaxınları da abidəni ziyarət edənlər arasında olub.

Qeyd edək ki, "Srebrenitsa Anaları" Hərəkatının üzvləri Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə Azərbaycana gəliblər/Modern.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA