24-02-2019 [11:33]
Fevralın 23-də Avstriya respublikasının paytaxtı Vyana şəhərinin mərkəzində yerləşən və piyadaların gur hərəkət etdiyi Ştefansplatz meydanında Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azəri-Der dərnəyi birlikdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.
Bu barədə Mia.az-a verilən məlumata görə, aksiyada Azərbaycan və müxtəlif türk diaspor təşkilatlarının fəalları, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbirdə jurnalistlərin suallarını Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov və Azəri-Der dərnək rəhbəri Yardım Günəş cavablandırıb.
Əzizov bildirib ki, Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir. Vurğulayıb ki, ermənilərin bu qədim Azərbaycan torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir: "Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi. Qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi. Meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başaçıq, ayaqyalın qara bürünmüş çöllərdən qaçıb canını qurtarmaq istəyən xocalılılar əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan avtomat atəşinə tutuldular. Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Xocalı şəhəri bir gecənin içində yerlə yeksan edildi. Qocalı, uşaqlı 613 sakini qəddarlıqla öldürüldü. 150 nəfər itkin düşdü. 1275 nəfər əsir götürüldü. Əsirlər ağır işgəncələrə məruz qaldı".
Fərid Əzizov çıxışının sonunda bildirib ki, Azərbaycan tarixi, əzəli torpaqlarının bütövlüyünü təmin edəcək və Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə görə Ermənistanın o zamanki rəhbərliyi insanlıq qarşısında cavab verəcək.
Tədbir Xocalıya Ədalət,Qarabağa Azadlıq şuarları ilə davam etdirilib.
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir