Məzahir Pənahov Moldovaya gedib - Seçkiyə görə

img

22-02-2019 [18:28]


 Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 24-də Moldovada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən Mia.az-a  verilən məlumata görə, Moldova Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, moldovalı həmkarı ilə də görüşü və iki ölkənin ali seçki qurumları arasındakı uzunmüddətli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, MSK təmsilçiləri həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin dəvəti ilə sözügedən təşkilatın tərkibində də seçkilərin müşahidəsində iştirak edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA