21-02-2019 [20:45]
"Prezident Vladimir Putinin ABŞ-ı açıq formada təhdid etməsinin Rusiya üçün dağıdıcı nəticələri olmayacaq”.
Bunu politoloq Zərdüşt Əlizadə deyib.
Ekspert hazırkı situasiyada dünyanın iki supergücü arasında müharibə ehtimalının olmadığını bildirib:
"Buna görə də hesab edirəm ki, Putinin təhdidlərinin heç bir ciddi əsası yoxdur. Rusiya Amerika ilə, Amerika da Rusiya ilə oyun oynayır. Qarşılıqlı təhdidlər də bundan irəli gəlir, nəticədə hərə öz işini görür. Nə ABŞ Rusiyanı, nə də Rusiya ABŞ-ı vuracaq. Çünki bu iki ölkə zəmanətli şəkildə bir-birini məhv etmək gücündədir. Heç biri ölmək istəmir, ikisi də yaşamaq istəyir.
Amma siyasi gediş onu göstərir ki, iki dövlət bir-birini hədələməlidir və bunu da edirlər. Belə təhdidlərə fikir vermək və ciddi qəbul etmək lazım deyil. Mən şəxsən bu hədələrə fikir vermirəm. Bu, siyasi cəhətdən cahil olan adamlar üçündür, mən isə özümü siyasi cahil saymıram”.
Zərdüşt Əlizadə vurğulayıb ki, ABŞ dünyanın yeganə hegemon gücü olmaq istəyir və heç kəsin ona qarşı çıxmamasına çalışır:
"Rusiyanın hakim siyasi zümrəsi isə deyir ki, "Rusiyanı biz özümüz yeyəcəyik, özümüz dağıdacağıq, siz də bizim işimizə qarışmayın”. Eyni zamanda ABŞ şirkətlərinin Rusiyanın neft resurslarının istismarındakı rolu durmadan artır. Krım və Donbasın ələ keçirilməsindən sonra Rusiyaya qarşı silsilə cəza tədbirləri həyata keçirilir. Buna adekvat olaraq, Rusiyanın Avropa ölkələri ilə ticarət və iqtisadi əlaqələri xeyli dərəcədə zəiflədi, amma ABŞ-la bu istiqamətdə əlaqələr gücləndi.
Luqansk, Donetsk və Krımın Rusiyanın nəzarətində olmasına baxmayaraq, Moskvanın Ukrayna ilə də siyasi və iqtisadi əlaqələri sürətlə inkişaf edir. Habelə Cənubi Osetiya və Abxaziyanın işğal edilməsinə baxmayaraq, Rusiya və Gürcüstan arasında da belə əlaqələr genişlənir. Rus kapitalı Gürcüstan bazarında öz yerini gücləndirir. Yəni, belə təhdidlərə ciddi yanaşmaq lazım deyil”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ı bu ölkəyə raket zərbələri endirməklə təhdid edib. O, açıq təhlükə vəziyyətində Amerikanı nüvə başlıqları ilə təchiz edilmiş "Siklon” raketləri ilə vuracaqlarını da istisna etməyib/Teleqraf.com.
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb