21-02-2019 [22:52]
UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar futbolsevərlər üçün bir sıra yeniliklər baş verməkdədir.
Belə yeniliklərdən biri də martın 3-də saat 12:30-da Bakının mərkəzində "Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma olacaq. Həmin oyunda yerli və əcnəbi futbolçuları çıxış edəcəklər.
Azərtac xəbər verir ki, Eydur Qudyonsen, Maykl Essien, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 nəfər isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, "Avropa Liqası Final 2019”a həsr olunmuş "İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov "böyük oyun”da media nümayəndələrini təmsil edəcək.
Paytaxt sakinləri hər kəsə açıq olacaq bu maraqlı qarşılaşmanı yalnız izləməyəcəklər. Eyni zamanda, müsabiqədə iştirak etməklə futbol ulduzları ilə eyni meydanı paylaşmaq şansı qazanacaqlar.
Yarış iştirakçıları üçün müsabiqə iki istiqamətdə keçiriləcək. Birinci şərtə görə, iştirakçılar fevralın 23-24-də Topaz Premyer Liqasının XVIII turunda oyunların baş tutacağı stadionlardan birində (oyun zamanı) selfi çəkdirməli, şəkli şəxsi "Facebook” hesabında "#joinallstar” həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər.
İştirak üçün digər seçim isə futbol bacarıqları ilə bağlıdır. Belə ki, iştirakçılar futbol oyunu zamanı hər hansı maraqlı futbol hərəkətlərini və ya qol vurduqları anı videoya çəkməli, eyni qaydada videonu şəxsi "Facebook” hesabından #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər. Videoda iştirakçının üzü aydın görünməli və görüntü 10 saniyəni keçməməlidir.
İlk müsabiqənin qalibi təsadüfi seçim əsasında müəyyənləşəcək. İkinci müsabiqənin qalibini isə münsiflər heyəti təyin edəcək. İştirakçılar müsabiqələrdən yalnız birində iştirak edə bilərlər. www.finalbaku2019.az saytında qeydiyyatdan keçməyən iştirakçıların paylaşımı qəbul olunmayacaq. Qeydiyyatdan keçmək üçün
https://goo.gl/forms/4Y6NCWnefozlxzpB2 keçidinə daxil olmaq, qeydiyyat formasını doldurmaq və ən əsası, "Facebook” paylaşımının linkini müvafiq xanada qeyd etmək lazımdır.
Müsabiqənin qaydaları ilə bağlı ətraflı məlumatı www.finalbaku2019.az/allstar keçidindən əldə etmək mümkündür.
"Bakı 2019: Ulduzlar Finalı” günü izləyicilər üçün də maraqlı və əyləncəli proqramlar nəzərdə tutulub. Yarışın keçiriləcəyi ərazi saat 12:00-dan paytaxt sakinləri üçün açıq olacaq. Bundan əlavə, www.finalbaku2019.az saytında fəaliyyət göstərən "Hesabı Tap” yarışının fevral ayına olan qalibi də həmin gün mükafatlandırılacaq.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR