İnam Kərimov rəhbərliyi topladı - KTN-də müşavirə

img

13-02-2019 [12:43]


 Kənd Təsərrüfatı Nazirliyində ölkədə pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib.

Mia.az KTN-ə istinadən bildirir ki, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə nazirlik Aparatının, tabeli qurumların rəhbər şəxsləri, pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıq emalı müəssisələrinin nümayəndələri, qabaqcıl fermerlər iştirak ediblər. 

Tədbirdə bir ay əvvəl keçirilmiş müşavirədə verilən tapşırıqların icra vəziyyəti, 2019-cu ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, aparılmış şumun vəziyyəti, texnika, gübrə, toxum, dərman və su təminatı ilə bağlı mövcud durum müzakirə olunub. Müşavirə iştirakçıları "Azərbaycanda pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA