Partiya sədrindən icra başçısına mesaj: "Onsuz da topladıqların bir nəsil boyunca kifayət edəcək qədər çoxdur”
09-10-2025 [12:07]
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun uzun müddət sonra ilk dəfə əməkdar artist Cabir İmanovun vida mərasimində görünməsi diqqət çəkib.
Onun ictimaiyyət qarşısına nadir hallarda çıxması birmənalı qarşılanmır. Belə ki, B.Səfərov 2009-cu ildən bu vəzifəni icra edir və Şuşanın azad olunmasından sonra onun postunu tərk edəcəyi ilə bağlı xəbərlər yayılsa da, hələ də icra başçısı kimi fəaliyyətini davam etdirir.
Şuşa kimi strateji və mədəni əhəmiyyət daşıyan bir şəhərin icra başçısının bu qədər passiv və görünməz qalması nə ilə izah olunur? Niyə onun işi ictimaiyyətin diqqətindən yayınır?
Mia.az xəbər verir ki, Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Bayram Səfərovun Şuşaya aidiyyəti yoxdur:
“Biz dəfələrlə Şuşaya səfər etmişik və orada genişmiqyaslı quruculuq işlərinin aparıldığının şahidi olmuşuq. Bu işlərdə Bayram Səfərovun hər hansı xidməti olmayıb. O, ümumiyyətlə, Şuşaya buraxılmır. Bəzən müəyyən şəxslərə arxalanaraq, onların adlarını hallandırır. Bu isə həm yersizdir, həm də ictimaiyyətə xoş gəlmir. Düşünürəm ki, belə şəxslər artıq anlamalıdırlar ki, zaman keçib, dövran dəyişib və artıq səhnədən getməyin vaxtıdır”.
H.Hacıyev qeyd edib ki, Bayram Səfərov könüllü şəkildə vəzifədən ayrılmalıdır:
“İctimai dəstək toplamaq üçün müxtəlif jestlər etsə də, artıq gecdir. Reallıq budur ki, Şuşa ilə bağlı fəaliyyəti yoxdur və ora getmək imkanından məhrum edilib. Deyilənə görə, vəzifədə olduğu dövrdə külli miqdarda vəsait toplanıb, dövlət əmlakı mənimsənilib.
Düşünürəm ki, bu tip şəxslər artıq tarixə qarışmalıdır. Yeni dövrdə köhnə düşüncəli insanlarla davam etmək mümkün deyil. Təkcə Bayram Səfərov deyil, bu dövlətdə hələ də vəzifə tutan bəzi şəxslər cəmiyyətin etimadını itirib və onların hakimiyyətdə təmsil olunması cəmiyyətdə narazılıq yaradır.
Bayram müəllim heç kimdən inciməsin. Sadəcə, artıq gedib istirahət etməlidir. Onsuz da topladıqları bir nəsil boyunca kifayət edəcək qədər çoxdur”.
Bolqarıstan - Türkiyə matçının hakimi bəlli oldu
Xalq artisti Əminə Yusifqızı vəfat edib
Prezident İlham Əliyevlə Putin ilə təkbətək görüşüb - Düşənbədə
Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb
Ağdamda dəbdəbəli yas məclisləri qadağan olunub
Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin işi üzə qərar verdi: "Bundan sonra ilk işim..."
Nazirlikdə qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir
Bərdənin təhsil sektoruna müdir təyinatı olub - FOTO
"Azərikart"ın lisenziyası məhdudlaşdırıldı - Mərkəzi Bankdan qərar
Əli Əsədov qərar imzalayıb
"Azəriqaz" 270 min vətəndaşa xidmət göstərib
"Xəbər məni hədsiz kədərləndirdi" - Zakir Həsənov
Sabah hava necə olacaq? - Proqnoz
Tanınmış vəkilin fəaliyyəti dayandırılıb
Partiya sədrindən icra başçısına mesaj: "Onsuz da topladıqların bir nəsil boyunca kifayət edəcək qədər çoxdur”
Ağdərənin Vəngli kəndinə daha 28 ailə köçürüldü
Prezident İlham Əliyev Tacikistanda - FOTOLAR
Emre Belözoğlu istefa verdi
"Xatirə dedi ki, hamı məni toya səninlə dəvət edir"
Aİ rəsmisi: "Bu, mühüm diplomatik uğur və..."
Kreml sözçüsü: "Bu gün Putin və Əliyev görüşəcək, inanırıq ki..."
Xocavənddə MON-50 tipli mina aşkar edilib - FOTOLAR
DTX rəisi: "İnanırıq ki, Ermənistanla məqsədyönlü təmaslarımız uğurla davam edəcək"
Xankəndidə əməliyyat: qayınata, qayın və kürəkən tutuldu
Daha 14 itkin-şəhidin adları şəxsiyyəti eyniləşdirilib - Əli Nağıyev adlarının bu gün elan olunacağını açıqladı
Hərbi qulluqçunun ölüm faktı üzrə cinayət işi açılıb
Hikmət Hacıyev: "Beyin mərkəzlərinin nümayəndələri ilə görüş həmişə həm düşündürücü, həm də..." - FOTO
"Nazirlikdə bir neçə qruplaşma var, ən güclüsü..." - Ekspert elə iddialar irəli sürdü ki...
Yusif Mustafayevin oğlu dövlət işindən ayrıldı - Müğənni olacaq
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib (YENİLƏNİB)
Azərbaycan nefti 70 dollara qalxdı
Netanyahu: "Bu, İsrail üçün əla bir gündür"
Xaçmazda 32 yaşlı müəllimə dəm qazından ölüb (Xəbər yenilənib)
TRAMP SÜLHÜN MESAJINI VERDİ: "Çox böyük və tarixi gündür" - İsrail və HƏMAS anlaşdı
Hadrutun işğaldan azad olunmasından 5 il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Gəncədə məktəbli oğlan qətlə yetirilib (Yenilənib)
Volkan Dəmirəl Super Liqaya geri dönür
Yaponiyada ayı marketə girdi, 2 nəfəri yaraladı
Müdafiə Nazirliyi Naxçıvanda MAXE qəbulu elan edib