Pərviz Şahbazov İstanbula gedir - Məqsəd

img

05-02-2019 [15:55]


Sabahdan başlayaraq 2 gün ərzində İstanbulda (Türkiyə) XXII Avrasiya İqtisadi Zirvəsi keçiriləcək. 

Energetika Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, zirvədə Azərbaycan nümayəndə heyətinin tərkibində nazir Pərviz Şahbazov da iştirak edəcək. Onun "Azərbaycanın enerji potensialı və rəqəmsal enerji” mövzusunda çıxışı nəzərdə tutulub.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutacaq toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli hökumət nümayəndələri, sabiq prezidentlər, nazirlər, parlamentarilər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edəcək. Builki sammit "Gələcək üçün məsuliyyət” devizi altında keçiriləcək. Texnologiyanın inkişafının bəşəriyyətin gələcəyinə təsiri, iqtisadiyyatda, enerji sektorunda süni intellektdən istifadə, dinlərin bu prosesdə rolu, "Kəmər-Yol” təşəbbüsünün qlobal aspektlərinə dair müzakirələr aparılacaq.

Ümumilikdə, 17 ölkə ilə yüksək əməkdaşlıq şəraitində fəaliyyət göstərən Mərmərə Qrupu Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA