"Milla xamaları sürətlə bahalaşır, nə baş verir?" - Ekspert şikayətlənir

img

03-02-2019 [20:53]


"Milla xamaları (20%-lik, 300 q) sürətlə bahalaşır. Yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, dekabrda yanvar ayı ilə müqayisədə bu xamanın qiyməti daha ucuz olub: "Həmin xamanın 25%-liyi isə bu müddətdə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. Bir sözlə, son 1-2 ayda bu YERLİ məhsullar təxminən 35% bahalaşıb. Bu, hələki bir məhsul növü üzrədir. Yəqin ki, digər məhsullarda da bahalaşma var. Nə baş verir? Dollar bahalaşmayıb. Bəlkə vergi qanunvericiliyinə edilmiş dəyişiklikə bağlıdır? Hər halda araşdırılmalı mövzudur".

Ekspert bildirib ki, məlumat daimi müştərisi olduğu "Bizim market" supermarketinin qiymətləri əsasında hazırlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA