19-01-2019 [17:02]
Bu gün - yanvarın 19-u Bakıda Demokratik Qüvvələrin Milli Şurası mitinq keçirir. Aksiya şəhər rəhbərliyi ilə də razılaşdırılıb.
Mia.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, bununla bağlı şəhər rəhbərliyinin təşkilatçılara göndərdiyi cavabda onlardan «Sərbəst toplaşma azadlığı haqqında» Qanuna uyğun olaraq milli, irqi və dini ədavətin təbliğinə, təhqiredici ifadələrin işlənməsinə yol verilməməsinə nəzarət etmələri istənilib.
"Tələblərimiz Mehman Hüseynov və digər siyasi məhbusların azad edilməsi, büdcədən talanıb ofşor hesablara daşınmış pulların xalqa qaytarılmasıdır”, - bunu isə Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosuna bildirib.
Aksiyanı Müsavat Partiyasının rəhbərliyi və bir sıra başqa müxalif qüvvələr də dəstəklədiyini açıqlayıb.
***
Xatırladaq ki, aksiya saat 15.00-dan etibarən, Yasamal rayonundakı "Məhsul" stadionunda başlayıb.
Demokratik Qüvvələrin Milli Şurasının təşkil etdiyi mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat, ReAl partiyalarının fəalları, eləcə də ReAl sədri İlqar Məmmədov, AXCP lideri Əli Kərimli, Müsavat partiyasının sədr müavini Tofiq Yaqublu iştirak edir.
***
REAL partiyasının sədri İlqar Məmmədov mitinqdə iştirak edib çıxış edəcəyini elan etsə də, dünən və bu gün İcra və Probasiya Şöbəsinə çağırılaraq xəbərdarlıq olunub.
"Bu gün saat 12:00-da REAL sədri İlqar Məmmədovla birgə Probasiya Xidmətinə gəldik. Bir saatdan çoxdur ki, İlqar idarədədir, hələ ki, heç bir xəbər ala bilməmişik. REAL-ın İdarə Heyəti və Məclis üzvləri də burdadır, İlqarı gözləyirik. Ümid edirəm ki, növbəti səhv addım atmazlar…”, - mitinqin başlanmasına təxminən 2 saat qalmış Real partiyası Məclisinin sədri Natiq Cəfərli "Facebook”da yazıb.
Lakin buna baxmayaraq, İlqar Məmmədov mitinqə qatılıb və bu dəqiqələrdə çıxış edir. Ondan əvvəl isə keçmiş Daxili işlər naziri İsgəndər Həmidov çıxış edib.
***
"BBC Azərbaycanca"nın məlumatına görə, bütün stadion etirazçılarla doludur.
"Ancaq mitinq başlamamışdan bir saat əvvəldən internet yoxdur", - deyə "BBC Azərbaycanca"nın müxbiri Cəmilə İbrahimova bildirib.
****
Bakıda Məhsul stadionunda müxalifətin mitinqi başa çatıb.
"BBC News Azərbaycanca"nın məlumatına görə, mitinqin əsas tələbi bloqçu Mehman Hüseynov və "siyasi məhbusların" azadlığa buraxılması olub.
Mitinqdə "Mehman Hüseynova azadlıq", "Azərbaycan xalqına azadlıq", "İstefa", Siyasi məhbuslara azadlıq" kimi şüarlar səsləndirilib.
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO