17-01-2019 [22:27]
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmana əsasən Bakı şəhərində, habelə "ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
"ASAN” tərəfindən həyata keçiriləcək xidmətlərin siyahısını təqdim edirik:
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı:
- doğumun qeydə alınması;
- ölümün qeydə alınması;
- nikahın qeydə alınması;
- nikahın pozulmasının qeydə alınması;
- övladlığa götürmənin qeydə alınması;
- atalığın müəyyən edilməsinin qeydə alınması;
- adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi;
- notariat fəaliyyəti;
- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- məhkumluq barədə arayışların verilməsi;
- yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi;
- daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı:
- mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi;
- kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı;
- hüquqi və fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsi;
- gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu;
- əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi;
- şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;
- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
- əmək pensiyalarının təyin edilməsi;
- dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi;
- hərbi qeydiyyatla bağlı:
- yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması;
- vətəndaşın hərbi qeydiyyatda olmasına dair arayışın verilməsi;
- vətəndaşa müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verildiyinə dair arayışın verilməsi;
- həqiqi hərbi xidmət keçmiş şəxsə hərbi xidmətkeçmə haqqında arayışın verilməsi;
- vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərildiyinə dair arayışın verilməsi;
- xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulu;
- qida təhlükəsizliyi ilə bağlı əməliyyatların qeydiyyatı:
- qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və müvafiq dövlət reyestrindən çıxarışın (onun dublikatının) verilməsi;
- qeydiyyata alınmış subyektlərin reyestr məlumatlarında dəyişiklik edilməsi;
- qida təhlükəsizliyi sertifikatının verilməsi;
- Avropa İttifaqının yeyinti məhsullarının idxalı ilə bağlı tələblərinin icrasını həyata keçirmək məqsədilə həmin ölkələrə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə müvafiq sənədlərin (məlumatların) verilməsi;
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi.
Sosial və Aqrar-Texnoloji Kollecinin gözətçisi qandallanıb
Şotlandiyanın ilk müsəlman baş naziri istefa verib - Açıqlama
Rusiya MN: "Ukraynada daha bir qəsəbəni nəzarətə götürdük"
"90 faiz insan bir addım o tərəfə aralanan kimi dalınca danışır" - "Heç onlar bilmirlər ki, it kimi öləcəklər, yoxsa nə kimi"
Hərbçimiz minaya düşüb - Qazaxda (Yenilənib)
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - Nələr müzakirə olunub? (FOTOLAR)
İMTAHANLARIN VAXTI DƏYİŞDİ - DİM-dən açqılama
Ceyhun Bayramov Qətərə işgüzar səfərə gedib
Yatağına sığmayan Kükü çayı - VİDEO
Ekspertdən deputata irad: "Ya milli təəssübkeşliyi yoxdur, ya da..."
Prezident İlham Əliyev Çin Xalq Assosiasiyasının sədri ilə görüşdə: "....səylərimizi əsirgəmirik" - FOTOLAR
PREZİDENT İKİ NƏFƏRİ NAZİR MÜAVİNİ TƏYİN ETDİ: Rəşad Nəbiyevin yeni müavinləri kimdir? - FOTOLAR
Nəsimi rayonunda aprel ayında səyyar qəbullar keçirilib - FOTOLAR
"Youtuber" 25 metr hündürlükdən yerə çırpılıb - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Mayın 5-də imtahanı keçiriləcək
PREZİDENT İCRA BAŞÇISINI VƏZİFƏDƏN AZAD ETDİ - Nazir əvəzi icra başçısı təyin olunub (FOTO)
Sabiq deputat hakim qarşısına çıxarıldı: "Siyasi fəaliyyətimə görə həbs edilməmişəm" - VİDEO, FOTO (Yenilənib)
Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Baş prokuror 5 rayonun sakinlərini qəbul edəcək
Xarici ticarət dövriyyəsi niyə azalır? - Vüqar Bayramov yazır
"Real Madrid"in türk ulduzu: "Mənə burada "abi" deyirlər"
Mətbuat katibi kobud səhv edən deputatları "topa tutdu, onlara "savadsız" dedi - Biri Başkəndin harada olduğunu bilmir, digəri isə...
Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət oğurlanlb
Bakıda qətl: 70 yaşlı kişi 45 yaşlı şəxsi öldürdü
Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"
"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?
"Fənərbağça"nın oyunçusu 6 həftə futbol oynaya bilməyəcək
Türkiyədə daha bir zəlzələ olub - 4.2 bal gücündə
Deputat işıqların tez-tez kəsilməsinə etiraz etdi: "Bir nəfərə görə bütöv kənd cəzalandırıla bilməz"
Daha bir ölkədə qızılca epidemiyası: 19 uşaq ölüb
Türkiyədə daha bir mafiya çökəldilib - Lideri tutulub (FOTO)
ZIYANLI VƏRDIŞLƏR (III yazı)
Bu gün Füzuliyə daha 39 ailə köçürülüb
Ərdoğan Fatih Ərbakanı niyə çay içməyə dəvət etmədi? - İki partiya arasında "çat"lar dərinləşir (Açıqlama)
Ərdoğanla CHP lideri nələri müzakirə edəcək? - "Əsas məsələ sosial-iqtisadi problem olacaq"
Abşeronda daha bir qətl: ər 48 yaşlı arvadını öldürüb
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu