Ərdoğan TBMM sədrini Türkiyənin qəlbində görmək istəyir: "Binəli bəy, mənim yol yoldaşım, dava dostumdur"

Ərdoğan TBMM sədrini Türkiyənin qəlbində görmək istəyir:  \"Binəli bəy, mənim yol yoldaşım, dava dostumdur\"

DÜNYA

29.12.2018, 22:47

Hakim AKP tərəfindən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrliyinə Türkiyə Böyük Millət Məclisinin sədri (TBMM) Binəli Yıldırımın namizədliyi irəli sürülüb.
Mia.az xəbər verir ki, bu gün prezident, eyni zamanda AKP-nin sədri olan Rəcəb Tayyib Ərdoğan Yıldırımla bağlı qərarı açıqlayıb.
O, deyib ki, Binəli Yıldırımla hələ İstanbul bələdiyyəsinə rəhbərlik etdiyi illərdən bir yerdədir: "Binəli bəy, mənim yol yoldaşım, dava dostumdur".
Ərdoğan İstanbul şəhər bələdiyyəsinə namizəd irəli sürməyən MHP-yə də təşəkkür edib. Eyni zamanda, İstanbula bağlı olan 3 rayon bələdiyyəsinə də məhz MHP-nin namizədinə görə namizəd irəli sürmədiklərini bəyan edib: "Həmin bələdiyyələr üzrə seçkidə MHP-li qardaşlarımıza dəstək olacağıq".
B.Yıldırım isə "İstanbula borcumuz var, bu borc bitməz" deyərək, hələ bu şəhərdə görəcəkləri çox işlərin olduğunu bildirib: "Paytaxtdan dünyanın paytaxtına - İstanbula gəlirəm. Mən, bütün istanbulların başqanı olacam".
 
Xatırladaq ki, Türkiyədə yerli orqanlara seçkilər 2019-cu il mart ayının 31-i keçiriləcək.
Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR