“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri 3 gün işləməyəcək - Açıqlama

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri 3 gün işləməyəcək - Açıqlama

CƏMİYYƏT

28.12.2018, 17:47

 Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar olaraq, 31 dekabr – 2 yanvar tarixində "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Mia.az-a verilən məlumata görə, yanvarın 3-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər:
"Hazırda 15 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN kommunal” mərkəzi fəaliyyətdədir".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR