"Dağlıq Qarabağın Azərbaycanlı İcması bundan sonra daha aktiv olacaq" - Tural Gəncəliyev

img

27-12-2018 [11:54]


"Dağlıq Qarabağın Azərbaycanlı İcması bundan sonra daha aktiv olacaq".

Trend-in məlumatına görə, bu barədə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2019-cu ildən İcma beynəlxalq tədbirlərdə iştirak edəcək:

"Dağlıq Qarabağın Azərbaycanlı İcması bu vaxta qədər ATƏT-in Minsk Qrupu ilə birlikdə görüşlərdə iştirak edib. Amma bundan sonra beynəlxalq təşkilatlarla debatlarda iştirak etmək və sosial şəbəkələrdə aktiv olmaq niyyətindədir. Çünki erməni tərəfi yalan dolu iftiralarla çıxış edir, məlumatlar yayır və beynəlxalq təşkilatları bu yalanlara inandırmağa çalışır. Biz sosial şəbəkələr və beynəlxaq tədbirlər vasitəsilə əsl həqiqətləri yayacağıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA