"Xəbər məni olduqca kədərləndirdi" - İlham Əliyevdən Coko Vidodoya məktub

\"Xəbər məni olduqca  kədərləndirdi\" - İlham Əliyevdən Coko Vidodoya məktub

GÜNDƏM

25.12.2018, 11:31

Azərbaycan Prezidenti İlham Əliyevİndoneziyanın dövlət başçısı Coko Vidodoya başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş sunami nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR