Gürcüstanın Baş nazirindən İlham Əliyevə məktub: "Möhkəm əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcək"

Gürcüstanın Baş nazirindən İlham Əliyevə məktub: \"Möhkəm əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcək\"

SİYASƏT

24.12.2018, 17:43

 Gürcüstanın Baş naziri Mamuka Baxtadze Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir: 
"Doğum gününüz münasibətilə Gürcüstan hökuməti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, iki dost ölkə və xalq arasında dostluğa, qarşılıqlı etibara əsaslanan yaxın və möhkəm əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcəkdir. Əminəm ki, bizim nümunəvi tərəfdaşlığımız regionda sülhün və təhlükəsizliyin qorunmasında böyük rol oynamaqdadır.
Hörmətli cənab Prezident, ürək sözlərimi ifadə edərək, Sizə öz dərin ehtiramımı, ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR