"Mübariz istəmirdi ki, ermənilər sənin də döşünü kəsib ağlayan uşağının ağzına soxsunlar..."

img

16-12-2018 [19:01]


Seymur Verdizadə,
moderator.az

***

Bu "şöhrət”in ona sərvət gətirməyəcəyini Nərmin özü də bilirdi. Amma elədiyi səhvə görə ağzının üstündən yağlı bir şillə vurulacağını ağlına gətirməmişdi. Hansı ki, söz və ifadə azadlığının milli dəyərləri təhqir etmək üçün vasitə olmadığını anlayacaq yaşdadır...

Yəqin Nərmin Şahmarzadə bilməmiş deyil ki, Mübariz İbrahimov qocaya, yaşlıya, xəstəyə, uşağa əl qaldırmayıb. Mübariz əlisilahlı düşmənlə vuruşub. Mübariz sərhəd pozmayıb, başqa ölkənin ərazisinə girməyib. O, Azərbaycan ərazisinə soxulmuş işğalçıların burnunu ovub. Həm də təkbaşına, mərdi-mərdanə...

Məntiqə bax: həmin əsgərlər atəşkəs dövründə doğulublar. Ruhi, Pəncəli, Samir, Elşad da müharibədən sonra doğulmuşdu. Onlar da əzizlərinin yanına qayıtmaq, analarının boynuna sarılmaq üçün günləri sayırdılar. 700 balla ali məktəbə qəbul olan şəhid Müşviq Orucovun anası da toy etmək, gəlin gətirmərk istəyirdi. Haykanuşdan əvvəl gözüyaşlı Sonanın, Fatmanın, Elmiranın dərdinə şərik çıxmaq lazımdır. Ay qız, sən hardan bilirsən ki, Mübariz İbrahimovun gəbərtdiyi ermənilərin əli Azərbaycan əsgərinin qanına bulaşmayıb? Həmin ermənilərin neçə-neçə ocağın çırağını söndürmədiyini kim sənə deyib?

Nərmin bala, biz Mübariz  İbrahimovu ona görə sevirik ki, o, sənin sosial şəbəkələrdə sevgi izhar etdiyin erməni cəlladlarından fərqli olaraq,  dinc sakinlərə silah tuşlamayıb. Guya kimlərin qadın, uşaq, körpə qatili olduğunu bilmirsən? Əgər bilmirsənsə, bu sətirləri yaxşı-yaxşı oxu. Müəllif azərbaycanlı deyil, hazırda Livanda yaşayan erməni jurnalist David Xerdiyandır. David Xerdiyan özünün "Xaç uğrunda” kitabının 16-17-ci səhifələrində Xocalı soyqırımını belə təsvir edir: "Martın 2-də "Qaflan” erməni qrupu 2000-ə yaxın alçaq türkün cəsədini toplayıb Xocalının bir kilometrliyində ayrı-ayrı tonqallarda yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlaşma və imdad səsləri gəlirdi...”

Nərmin, Zori Balayanı tanıyırsan?

 Həmin Balayan özünün məşhur "Ruhumuzun dirçəlişi” adlı kitabında ermənilərin 1992-ci il fevral ayının 26-da Xocalıda törətdikləri soyqırım haqqında belə yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasnını dəyişdi. Ruhum sevincdən qanadlandı. Daha sonra Xaçatur ölmüş uşağın cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı”.

Nərmin bala, indi bildinmi Mübariz İbrahimov erməniləri niyə qırırdı? Mübariz istəmirdi ki, ermənilər bir gün də sənin döşünü kəsib ağlayan uşağının ağzına soxsunlar...



Digər xəbərlər
SON XƏBƏRLƏR