14-12-2018 [23:09]
Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə başçısıİlham Əliyevin Sərəncamlarına əsasən AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illik yubileyləri münasibətilə təltif olunmuş əməkdaşlara mükafatları təqdim edib.
Sonra akademik Akif Əlizadə Azərbaycan RespublikasıNazirlər Kabinetinin "AMEA-ya gənc alimlərin elmi tədqiqatlarını tamamlamaq üçünAvropanın nüfuzlu elmi tədqiqat müəssisələrinə göndərilməsi məqsədilə vəsait ayrılması barədə” Sərəncamı haqqında məlumat verib və bu istiqamətdə müvafiq işlərin görülməsinə dair tapşırıqlarını verib.
Daha sonra Rəyasət Heyəti AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun "Göbələk mənşəli bioloji aktiv maddələr: produsentləri, sintezi, tətbiq sahələri və perspektivlər” mövzusunda məruzəsini dinləyib, müzakirə edərək müxtəlif təyinatlı bioloji aktiv maddələrin sintezi və istehsalı üzrə tədqiqatların davam etdirilməsi və daha da intensivləşdirilməsi üçün Bioloji aktiv maddələr və Mikrobioloji biotexnologiya laboratoriyalarının texniki təchizat bazasının möhkəmləndirilməsi, bu sahədə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsini məqsədəuyğun hesab edib. Bundan başqa, bioloji aktiv maddələrin istehsalının genişləndirilməsi ilə bağlı tapşırıq verilib. Həmçinin göbələk mənşəli yeni bioloji aktiv maddələrin sintezi və tətbiq imkanlarının araşdırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq profilli institutları ilə müştərək elmi və praktiki tədqiqatların aparılması tövsiyə olunub.
Müzakirəyə çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-nın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında olub.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA Elmi Nəşriyyat Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademiyada elmi jurnalların nəşri məsələsinin Rəyasət Heyətinin diqqət mərkəzində olduğunu, elmi jurnalların fəaliyyətində bir sıra müsbət dəyişikliklər baş verdiyini bildirib. AMEA-nın riyaziyyat, kimya və yer elmləri üzrə on elmi jurnalının ingilis dilində nəşr edildiyini deyən M.Mərdanov iyirmi jurnalın isə internet versiyasının yaradıldığını vurğulayıb. Qeyd edib ki, riyaziyyat və kimya elmləri üzrə nəşr olunan bir çox jurnal "Web of Science” və "Scopus” elmi bazalarına daxil edilib və impakt faktorlu jurnal statusu almaq mərhələsindədir.
İclasda Rəyasət Heyəti AMEA-nın müxbir üzvü M.Mərdanovun AMEA-da elmi nəşr işinin vəziyyəti ilə bağlı qeyd etdiklərini nəzərə alaraq, AMEA jurnallarının fəaliyyətinin təkmilləşdirilməsi, elmi səviyyəsinin və aktuallığının yüksəldilməsi, nəşr prosesinin optimallaşdırılması məqsədilə bir sıra sənədlərin təsdiq edilməsi barədə qərar verib. Bundan başqa, akademiyada nəşr olunan elmi jurnalların müntəzəm monitorinqinin aparılması, "Web of Science” və "Scopus” elmi bazalarına daxil edilmiş AMEA jurnallarının redaksiyalarının texniki təminatının yaxşılaşdırılması, redaksiya əməkdaşlarının və rəyçilərin əməyinin maddi stimullaşdırılması üçün maliyyə dəstəyinin göstərilməsi qərara alınıb.
Tədbirdə AMEA-nın mühüm elmi nailiyyətləri haqqında məlumatların beynəlxalq elmi bazalara inteqrasiyasının genişləndirilməsi müzakirə edilib. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bununla bağlı çıxış edərək AMEA-nın elmi reytinqinin yüksəldiyini, alimlərin elmi əsərlərinin və onlara edilən istinadların sayının artdığını deyib. Akademiyada davamlı olaraq alim və mütəxəssislərin elmi araşdırmalarının səmərəliliyinin artırılması üçün silsilə tədbirlərin həyat keçirildiyini vurğulayan idarə rəhbəri onların "Web of Science” bazasından istifadə etmək imkanı əldə etdiyini diqqətə çatdırıb.
İclasda elmi müəssisə rəhbərlərinə beynəlxalq nüfuzlu jurnallarda nəşriyyat aktivliyinin daha da artırılmasına dair tapşırıq verilib.
Gündəlikdə yer alan növbəti məsələ gənc alimlər üçün elmi tədqiqat layihələrinin respublika müsabiqəsi haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademikAkif Əlizadə müsabiqənin respublikada aktual və müasir elmi problemlərin həlli ilə bağlı elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq məqsədilə təşkil edildiyini deyib.
Rəyasət Heyəti gənc alimlər üçün elmi tədqiqat layihələrinin respublika müsabiqəsinin elan edilməsinə dair qərar verib, müsabiqə haqqında əsasnaməni təsdiq edib. Müsabiqədə AMEA ilə yanaşı, respublikanın digər elmi müəssisə və universitetlərində çalışan gənc alimlərin iştirakının təmin edilməsi tapşırılıb.
Rəyasət Heyəti həmçinin "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənədi təsdiq edib.
Bildirilib ki, AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılması nəzərdə tutulub. Bunun icrasını təmin etmək məqsədilə yaradılmış komissiya torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə edilməsinə dair sənədi hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim edib.
Sonra "Onkologiya terminləri” lüğətinin nəşri haqqında məsələyə baxılıb. Bununla bağlı çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov respublikada belə bir nəşrin ilk dəfə olaraq hazırlandığını deyib. Akademik lüğətdə onkologiya sahəsi üzrə terminlərin Azərbaycan dilində izahının əks olunduğunu, nəşrin bu sahədə çalışan həkimlər, ali və orta tibb təhsili alan tələbələr üçün faydalı olacağını bildirib.
İclasda akademik Əhliman Əmiraslanov və Şirvan Abdullayev tərəfindən hazırlanmış terminoloji lüğətin nəşri məqsədəuyğun hesab edilib.
Sonda kadr məsələlərinə baxılıb. Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova isə AMEAQafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."