İcra başçısı qanunsuz sərəncam verdi: komitə işi dayandırdı, prokurorluq cinayət işi açdı, sakinlərsə... - VİDEO
CƏMİYYƏT
12.12.2018, 11:32
Nazirlər Kabinetinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina ötən ilin yayında sökülüb.
Binada yerləşən46 mənzilin sakinləri "İnsaat Konstruksiyalari MMC” ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər.
Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində "pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək.
Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq həmin ünvanda bina tikintisi həyata keçirilməyib.
Sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, ötən il onlara şirkətin nümayəndəsi qismində Rəsul Əhmədov onlara müraciət edərək iki il müddətinə binanı hazır edərək sakinləri ora köçürəcəklərini deyib. Lakin evlərin sökülməsindən xeyli vaxt keçsə də, həmin ərazidə bina tikilməyib. Bundan narahat olan sakinlər ötən il Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək binada tikinti işlərinin nə vaxt başlanacağı ilə maraqlanıblar. Sakinlər deyiblər ki, həmin vaxt bina demək olar ki, sökülmüşdü, yalnız fasadı qalmışdı. Amma yeni binanın heç özülü də qazılmamışdı, ərazi inşaat materiallarının tullantılarının qalaqlandığı zibilliyə çevrilmişdi.
"İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rəsul Əhmədov bu dəfə sakinlərə tikinti ilə bağlı sənədlərdə gecikmə olduğunu etiraf edib. Bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyindən tikinti icazəsini almayıblar: "Hər şey hazırdır, bu gün-sabah məsələ həll olunacaq və sürətlə tikintiyə başlayacağıq” .

Lakin narazı sakinlər bu dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayət edib. Məlum olub ki, Mehdizadə küçəsindəki 2 nömrəli binanın yerində pilot layihə həyata keçirilməyəcək. Komitəsinin sədri Samir Nuriyev Xətai İH-nin nümayəndələrini çağıraraq sakinlərin yanında onlara tapşırıb ki, tikinti şirkətinin nümayəndələrininəhalini aldatmalarına imkan verməsinlər. Çünki onların evlərinin yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil.
Bakı Şəhər İcra Hakimiyyətindən isə əhaliyə bildirilib ki, hökumət paytaxtda 12 mərtəbədən yüksək binanın tikilməsi qadağan edib. Nəticədə onların binasının yerində 18 mərtəbəli bina tikilməyəcək, sakinləri köçürən şirkətə isə 12 mərtəbəli bina tikmək sərf eləmir.
Araşdırma zamanı məlum olub ki, həmin tikinti şirkəti Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsusdur.

Nəhayət bu günlərdə İcra Hakimiyyətindən sakinlərə etiraf ediblər ki, onların yaşadıqları binanın sökülməsi "səhv” olub və binanı bərpa edəcəklər. Lakin binanı kim bərpa edəcək, bu müddətdə evsiz sakinlərə kirayə pulunu kim ödəyəcək? Bütün bu suallar açıq qalır. Və sakinlər bildirir ki, "İnşaat Konstuksiyaları” MMC-nin səlahiyyətli şəxslərinə artıq zəng çatmır, onlar "aradan çıxıblar”.
Qalmaqalla bağlı bu gün Baş prokurorluq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də birgə məlumatla çıxış edib.
Məlumatda deyilir ki, Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində "İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilib. Və bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Aparılmış araşdırmalarla "İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək»-məlumatda belə deyilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İspaniya Türkiyədən daha 15 HÜRJET alır
Bugün, 09:00 DÜNYA
-
NATO-nun AVROPA ÜZRƏ KOMANDANI "QƏLƏBƏ PLANI"NI AÇIQLADI, TƏHDİD SƏSLƏNDİRDİ: "Hər şeyi yox edəcəyik"
Bugün, 00:27 GÜNDƏM
-
Husilər Səudiyyə Ərəbistanıda 3 bölgəni vurub
Bugün, 00:19 DÜNYA
-
İranın Londondakı səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
Bugün, 00:05 DÜNYA
-
"Qalatasaray" "Barselona" ilə matça itkiylə çıxacaq - 6 futbolçu zədəlidir
Bugün, 00:05 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Lamine Yamal İstanbulda: "Ey İstanbul, gəldik..." - FOTO
12.10.2026, 23:08 İDMAN
-
İndoneziyada vulkan 900 metr yüksəkliyə püskürüb
12.10.2026, 21:32 DÜNYA
-
BŞTİ: Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır
12.10.2026, 21:21 CƏMİYYƏT
-
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi
12.10.2026, 20:27 GÜNDƏM
-
Media və Yayım Şurası bəyanat yaydı: "Trol hücumu və ölkə xaricindən vahid mərkəzdən idarə olunan..."
12.10.2026, 19:21 SİYASƏT
-
AAYDA-nın sədri və müavini yeni vəzifəyə gətirildi
12.10.2026, 19:07 İDMAN
-
Məşhur aktyordan Hülya Avşara replika: "Yeriyə bilmir..." + FOTO
12.10.2026, 18:57 ŞOU-BİZNES
-
Husilər 24 saat ərzində ikinci dəfə Ər-Riyada hücum etdi, Trampdan xəbərdarlıq gecikmədi: "Hücuma qatıla bilərik"
12.10.2026, 18:55 DÜNYA
-
Türkiyədə bir kənddə qətliam: bir nəfər 4 nəfəri güllələdi (Yenilənib)
12.10.2026, 18:46 KRİMİNAL
-
NATO ölkəsi Rusiya ilə sərhədə qoşun yığır - Müharibə təhlükəsi var?
12.10.2026, 18:18 GÜNDƏM
-
Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
12.10.2026, 18:05 GÜNDƏM
-
Azərbaycan və İran DİN başçıları görüşüb - Müzakirə + FOTO
12.10.2026, 17:46 SİYASƏT
-
DSMF-dəki vəzifəsini xəstəxanaya dəyişdi - TƏBİB sədri Sənan Qəmbərli barədə əmr imzaladı
12.10.2026, 17:40 CƏMİYYƏT
-
Anar Hacıyev vəzifədən azad edilib
12.10.2026, 17:24 PRESS
-
TƏBİB-də daha bir dəyişiklik - Departament rəhbəri təyinatı oldu
12.10.2026, 17:08 CƏMİYYƏT
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
12.10.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
12.10.2026, 17:00 İQTİSADİYYAT
-
İstanbulda kriminal dəstələrə qarşı əməliyyatlar keçirildi - 175 nəfər həbs edildi
12.10.2026, 16:52 KRİMİNAL
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Nələr müzakirə olunub? + FOTOLAR
12.10.2026, 16:47 GÜNDƏM
-
Yeni hakimlər Ali Məhkəmədə and içdi - FOTOLAR
12.10.2026, 16:16 CƏMİYYƏT
-
Rusiya və Ukrayna arasında enerji atəşkəsi... - Son razılaşma nə vəd edir? (TƏHLİL)
12.10.2026, 16:01 DÜNYA
-
Paşinyan: "Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz"
12.10.2026, 16:01 SİYASƏT
-
NAXÇIVAN NÜMAYƏNDƏLİYİNİN RƏHBƏRİ POSTUNA ŞOK TƏYİNAT - Rəhbər vəzifəsi kimə tapşırıldı? (FOTOLAR)
12.10.2026, 15:43 SİYASƏT
-
Prezident İlham Əliyev yeni qanunları imzalayıb
12.10.2026, 15:31 GÜNDƏM
-
Prezident SOCAR-la bağlı Pay Bölgüsü Sazişini təsdiqlədi
12.10.2026, 15:30 İQTİSADİYYAT
-
DÖVLƏTİN LİBASI - KONSTİTUSİYA ƏVƏZİNƏ FƏTVA VERƏNLƏR... - Peyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub?
12.10.2026, 15:17 SİYASƏT
-
Prezident 102 tələbəyə təqaüd ayırdı - Sərəncam + SİYAHI
12.10.2026, 15:15 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir sazişi təsdiqlədi
12.10.2026, 15:11 GÜNDƏM