Müdafiə Nazirliyində NATO generalı ilə mühüm görüş - Qarabağ müzakirəsi + FOTO
GÜNDƏM
11.12.2018, 20:10
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR), general Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, general-polkovnik N.Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına verilən töhfə haqqında ətraflı danışıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən general-polkovnik N.Sadıkov Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, general K.Skaparotti Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.
General K.Skaparotti NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Qonaq səmimi qəbula və göstərilən qonaqpərvərliyə, həmçinin sabah Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TRAMPLA İRAN PREZİDENTİ TARİXİ RAZILAŞMANI İMZALADI - İlk açıqlamalar + FOTOLAR
Bugün, 08:07 GÜNDƏM
-
Tramp Tehranla yeni sazişin 48 saat içində imzalanacağını gözləyir: “İrana “ballistik raketlərə sahib olma” deyə bilmərik”
Bugün, 00:40 GÜNDƏM
-
DÇ-2026: Türkiyə son matçı gözləmədən turnirlə vidalaşa bilər – Ərdoğan araya girdi
Bugün, 00:36 İDMAN
-
Azərbaycanda bir ilk: yeni Kompleks Onkoloji Mərkəz yaradılır - AÇIQLAMA
Bugün, 00:28 CƏMİYYƏT
-
Kənd futbolunu 5 minə yaxın azarkeş izlədi - FOTO
Bugün, 00:14 İDMAN
-
Blogerin sosial media hesabları bloklandı
Bugün, 00:12 PRESS
-
Putin Hakan Fidanla görüşdü, Ərdoğanı Moskvaya dəvət etdi - "Bu məsələdə sizin təcrübəniz son dərəcə vacibdir"
Bugün, 00:09 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Avropadan Türkiyəyə qarşı qətnamə: nazirə sanksiya tələbi irəli sürüldü – Rəsmi Ankaradan etiraz
Bugün, 00:03 GÜNDƏM
-
FED yeni sədrlə ilk qərarını açıqladı
17.06.2026, 23:07 İQTİSADİYYAT
-
DÇ-2026: Portuqaliya Konqoya qalib gələ bilmədi
17.06.2026, 22:58 İDMAN
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edilib - Ən çox bal toplayanlar kimlərdir?
17.06.2026, 20:10 GÜNDƏM
-
PA rəhbəri yüksək vəzifəliləri topladı - Qərargahın iclası oldu (FOTOLAR/YENİLƏNİB)
17.06.2026, 19:27 GÜNDƏM
-
“Polisә xәbәr vermә, yoxsa..." - BDU-nun müəlliminin evindən 1.6 milyon aparılıb
17.06.2026, 19:26 CƏMİYYƏT
-
Mərkəz rəhbəri 8 il azadlıqdan məhrum edilib
17.06.2026, 19:22 SİYASƏT
-
Robert Köçəryanın həbsinə hazırlıq gedir
17.06.2026, 19:04 GÜNDƏM
-
Prezidentin köməkçiləri, PA rəhbəri və nazirlər Qarabağda - FOTOLAR (Yenilənib)
17.06.2026, 18:49 GÜNDƏM
-
Ramiz Mehdiyevin ailəsinə məxsus banka niyə güzəşt olundu? - Ekspert rəyi
17.06.2026, 18:00 İQTİSADİYYAT
-
Paşinyan: "İndi "üçbaşlı müharibə partiyası" Azərbaycanla sülh sazişini şübhə altına alır"
17.06.2026, 17:53 GÜNDƏM
-
Ceyhun Bayramovla ABŞ rəsmisi bir araya gəldi - Nələr müzakirə edildi?
17.06.2026, 17:47 SİYASƏT
-
Livan Prezidenti: “İran və prosesə töhfə verən hər bir ölkəni dəstəkləyirik”
17.06.2026, 17:36 DÜNYA
-
“Azərişıq” kisənin ağzını açdı - 13.3 milyonluq tender elan edildi
17.06.2026, 17:22 İQTİSADİYYAT
-
Türkiyə yığmasını Paraqvay millisiylə çətin oyun gözləyir - Montella heyəti dəyişir
17.06.2026, 17:07 İDMAN
-
Türkiyə gözəli çimərlikdə - FOTOLAR
17.06.2026, 17:05 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.06.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıda 51 kq narkotik satmaq istəyən şəxslər saxlanılıb
17.06.2026, 16:45 KRİMİNAL
-
Sərdar Cəlaloğlu: "İl boyu təhsil alan tələbələr davamlı imtahanlar, psixoloji gərginlik və..."
17.06.2026, 16:38 SİYASƏT
-
"Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və..." - Flora Kərimova Mehriban Əliyevaya belə təşəkkür etdi
17.06.2026, 16:17 MƏDƏNİYYƏT
-
"Zirə"nin potensial rəqibləri bəlli olub
17.06.2026, 16:09 İDMAN
-
Sertifikatlaşdırma imtahanı: 606 nəfər müəllim iştirak edib
17.06.2026, 16:03 CƏMİYYƏT
-
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTOLAR
17.06.2026, 16:00 CƏMİYYƏT
-
Vəkil Fərhad Mehdiyevin qızının öldüyü qəzanın görüntüsü yayıldı - ANBAAN VİDEO
17.06.2026, 15:52 KRİMİNAL
-
Prezident bir qrup səhiyyə işçisini təltif etdi - SİYAHI
17.06.2026, 15:47 GÜNDƏM
-
Sabiq Baş nazir: “Yeni partiya yaranacaq"
17.06.2026, 15:31 SİYASƏT