09-12-2018 [14:09]
Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun iclası keçirilib.
BQP-dən Mia.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, partiyadaxili məsələlər, eləcə də digər məsələlər müzakirə edilib.
BQP başqanı, millət vəkili Fazil Mustafa iclas iştirakçıları qarşısında ictimai-siyasi vəziyyət mövzsunda geniş məruzə ilə çıxış edib, məruzəçi kimi dəvət olunduğu İstanbulda keçirilmiş Beynəlxalq konfrans, deputat kimi fəaliyyəti və iştirakçısı olduğu digər tədbirlər barədə Siyasi Qurula geniş məlumat verib.
İclasda partiyanın Ali Nəzarət Qurulunun (ANQ) bir sıra yerli təşkilatlarda apardığı yoxlamaların nəticələri barədə qurumun sədri R.İsmayılovun məlumatı dinlənilib.
Siyasi Qurulda həmçinin, İşçi Qrupu tərəfindən hazırlanan "Partiyanın 2019-cu ilə dair fəaliyyət istiqamətləri” layihəsinin ilkin variantı müzakirə edilib, düzəlişlər, əlavə və təkliflər nəzərə alınmaqla sənədin yekun variantının təsdiqinin növbəti iclasın gündəliyinə salınması haqqında qərar qəbul edilib.
Iclasda, bu yaxınlarda İrəvanda keçirilən "Lazarev klubu”nun iclası kəskin tənqid edilib: "Əsas hədəfi Ermənistana Qərbin təsirinin qarşısını almaq olsa da, səsləndirilən bəyanatların və Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, Azərbaycanının suverenliyinə və ərazi bütövlüyünə kobud hörmətsizlik nümunəsidir. Bu tədbirlərdə Rusiya Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulinin canfəşanlıq etməsi isə iki ölkə arasındakı münasibətlərə mənfi təsirdən başqa bir şey gətirmir. Ermənistanın qərbyönlü dairələri və geniş ictimai kəsimlərinin qarşı çıxdığı bu tədbirin də aqibətinin bundan əvvəl eyni məqsəd və formatda təşkil olunan "Qriboyedov klubu"nun aqibəti ilə eyni olacağı qaçılmazdır”.
Baş vermiş hadisə ilə bağlı MM-in və XİN-nin etirazları təqdir edilib, lakin bununla kifayətlənmənin doğru olmayacağı və Rusiyanın ziyalıları, ictimai-siyasi xadimləri və mediası ilə ardıcıl və sistemli iş aparılmasının və müntəzəm əlaqələrin qurulmasının vacibliyi qeyd edilib.
İclasda erməni əsirliyində olan Azərbaycan vətəndaşlarının azad edilməsi ilə bağlı səylərin artırılmasının vacibliyi vurğulanıb: "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanların sayı 7 dekabr 2018-ci il tarixinə 3888 nəfər olduğu, onlardan uşaqların sayının 71 nəfər, qadınların 266 nəfər, qocaların isə 326 nəfər olduğu qeyd edilir. Partiya olaraq ölkə rəsmilərinin əsir və girovların "Hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifini dəstəkləyir, erməni əsirlərinə burada yaratdığımız komfort şəraitdən fərqli olaraq, hər gün fiziki və mənəvi təzyiqlər altında ömür sürməyə məhkum edilən, işgəncə və məşəqqətlərdən əziyyət çəkən soydaşlarımızın erməni əsirliyindən bir an öncə qurtulması üçün hər anın dəyərləndirilməsi və bütün istiqamətlər üzrə zəruri addımların atılmasını vacib hesab edirik”.
Sonda cari məsələlər müzakirə edilib və partiya başqanı tərəfindən iclas iştirakçılarını maraqlandıran suallara cavab verilib.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR