"Növbəti devalvasiya maliyyə sabitliyini poza bilər" - Nazirin manatla bağlı açıqlamasının pərdəarxası
İQTİSADİYYAT
06.12.2018, 11:53
"Maliyyə naziri Samir Şərifovun açıqlaması devalvasiya mövzusunu yenidən gündəmə gətirib. Xüsusilə də nazirin "manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq” fikri müxtəlif rəylərə yol açıb”.
Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb.
O qeyd edib ki, sözügedən açıqlama 2 ay öncə - neftin hər barelinin 90 dollara yaxınlaşdığı bir ərəfədə verilsəydi, ciddi reaksiya doğurmazdı: "Ancaq indi 60 dollara qədər ucuzlaşıb, gah 58-ə düşür, gah da 62-yə qalxır. Əlbəttə, son illər özünüqoruma instinkti, güclənmiş ictimai narahatçılıq da başa düşüləndir. Ən azı 2015-ci il təcrübəsi var. İlboyu verilən rəsmi açıqlamalara rəğmən, manat dollara nisbətən dəyərini kəskin itirdi. Yeni təqvim ili isə bir qayda olaraq insanların düşüncəsində şaxta baba və yolkadan çox, qiymət artımı assosiasiyasını yaradır. Təsadüfi deyil ki, hər ilin sonu "yanvarda manat ucuzlaşacaq” kimi fikirlər gündəmi zəbt edir. Belə baxanda nazirin bu fikri ilə razılaşmaq da olar, razılaşmamaq da".
İqtisadçı deyir ki, Samir Şərifov bir tərəfdən həm də büdcə gəlirlərinin icrasına məsul olan nazirliyə rəhbərlik edir:
"Devalvasiya büdcənin "doldurulmasının” ehtiyat yollarından biri hesab edilir. Buna görə də Mərkəzi Bankdan fərqli olaraq, Maliyyə Nazirliyi devalvasiya tərəfdarı hesab olunur.
Digər tərəfdən, maliyyə naziri haqlı olaraq manatın mövcud məzənnəsinin (həm nominal, həm də real) ixraca problem yaratdığını, idxala isə dəstək verdiyini qeyd edir. Ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirməyin əsas yolu ixracı stimullaşdırmaqdır. Azərbaycan bazarı kiçik olduğundan idxalı əvəzləmə siyasəti özünü müəyyən həddə qədər doğruldur, ona xarici bazarlarda "Made in Azerbaijan” nişanlı məhsulları artırmaq lazımdır. Bütün bunlar nazirin fikri ilə razılaşdığımız məqamlardır. Bəs nədə razı deyilik? Doğrudanmı, manatın ucuzlaşması ixracı stimullaşdıracaq? Və yaxud ixraca mane olan manatın məzənnəsinin yüksək olmasıdırmı?
Kiçik bir haşiyəyə çıxım. Yuxarıdakı cümlədə "devalvasiya” sözü ona görə işlətmədim ki, "üzən məzənnə” rejimində "devaluvation” olmur, "deprecation” olur kimi irad tutula bilər. Halbuki, əhali üçün onun necə adlanmasının fərqi yoxdur. Çünki nəticə eynidir. Belə baxanda, bəyəm bizdə "üzən məzənnə” rejimi mövcuddur?".
iqtisadçı bildirib ki, məşhur "Financial Times” qəzeti 107 inkişaf etməkdə olan ölkələrdə milli valyutaların ucuzlaşmasının ixraca və idxala təsirini araşdırıb:
"Araşdırma 2013-2015-ci illəri əhatə edib. Araşdırmanın nəticəsi göstərib ki, milli valyutaların devalvasiyası ixracın artımına gətirməyib, əvəzində idxal azalıb. Bəs, Azərbaycanda devalvasiyanın ixraca töhfəsi nə olub?
Gömrük Komitəsinin rəsmi məlumatlarına inansaq, 2014-cü ildə dollar 78 qəpik olanda qeyri-neft ixracımız 1,8 milyard dollar olduğu halda, 2017-ci ildə bu göstərici 1,6 milyard dollara qədər azalıb. Halbuki bu müddətdə 1 ABŞ dolları 1,7 manata qədər bahalaşıb. Bura hökumətin qeyri-neft sektorunu stimullaşdırmaq üçün genişmiqyaslı təşəbbüslərini də əlavə etsək, nəticənin zəif olduğu görərik.
Son iki ildə müşahidə edilən artımın nə qədər dayanıqlı olacağı da sual doğurur”.
Ekspert əlavə edib ki, devalvasiyasının ixracımıza təsirinin az olmasını əsas qeyri-neft ixrac tərəfdaşımız olan Rusiyada rublun ucuzlaşması ilə əlaqələndirə bilərik: "Ancaq hamımız bilirik ki, əsas səbəb fərqlidir. Rublun baha olması ən yaxşı halda meyvə-tərəvəz ixracımızı stimullaşdıra bilir. Əsas səbəb budur ki, ixrac etməyə neft-qazdan savayı az qala heç nəyimiz yoxdur. Hələ ki xammal ixrac edən, fərqi yoxdur neft və ya qeyri-neft, ölkə statusunda çıxa bilməmişik. Məhsullarımızın keyfiyyəti xırda istisnalarla rəqabət aparmaq gücündə deyil, məhsulun maya dəyəri bahadır.
Digər səbəb idxaldan asılılığımızın yüksək olaraq qalmasıdır. Hətta ölkəni 100% təmin edən daxili istehsalın xammalını idxal edirik. Deməli, devalvasiya, həm də ixracımızı bahalaşdırır.
Daha üçüncü səbəb maliyyə sektorudur. Maliyyə sabitliyi təmin olunsa da, kövrəkliyini saxlayır. Növbəti devalvasiya bank və sığorta şirkətlərini çətin vəziyyətə sala bilər. Bütün bu və digər amillər hökuməti çətin seçim vəziyyətində qoyur. Tərəzinin bir gözündə devalvasiyanın tam təsdiq olunmayan ixrac faydası, digər gözündə artıq şahidi olduğumuz böyük zərəri durur. Hökuməti də bunu bilir, ona görə də Mərkəzi Bank müxtəlif alətlərdən istifadə edərək manatı üzməyə qoymur. Tədiyyə balansının vəziyyəti və neftin hazırki qiyməti hələki manatı qorumağa imkan verir".
İqtisadçı deyir ki, böyük ehtimalla hökumət imkan daxilində məzənnəni sabit saxlamağa çalışacaq:
"Ancaq hakimiyyətdə bununla bağlı vahid fikir yoxdur. Devalvasiya tərəfdarları və əleyhdarları var. Maliyyə nazirinin son dövrlər çıxışı birincilərin mövqeyi ilə üst-üstə düşür. Məhz bu məsələdə onun fikirlərini bölüşməməyə məcburuq. Növbəti devalvasiya, lap olsun yumşaq ucuzlaşma kövrək maliyyə sabitliyini poza bilər, faydası isə gözə görünməz. Neftin qiymətində kəskin ucuzlaşma olmasa, hökumət manatın ucuzlaşması siyasətindən ən azı növbəti ildə də çəkinməlidir. Əsas diqqət isə struktur islahatlara yönəlməlidir, çünki yaxın gələcəkdə neft onsuz da ucuzlaşacaq, bu dəfə həmişəlik”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
Bugün, 16:38 GÜNDƏM
-
Beş nəfərə "general-mayor" ali hərbi rütbəsi verilib - SƏRƏNCAM
Bugün, 16:20 GÜNDƏM
-
Prezident hərbi qulluqçuları təltif etdi - SİYAHI
Bugün, 16:10 GÜNDƏM
-
BU QURUMLARIN TƏŞKİLATI-HÜQUQİ FORMALARI DƏYİŞİR - Fərman + SİYAHI
Bugün, 15:49 GÜNDƏM
-
Prezident fərman imzaladı - "İntellektual gömrük" informasiya sistemi yaradılır
Bugün, 15:46 İQTİSADİYYAT
-
"Beşiktaş”dan “Fənərbağça”ya sürpriz həmlə: xorvat qappçını istəyirlər
Bugün, 15:25 İDMAN
-
Prezident İlham Əliyev Fərman imzalayıb
Bugün, 15:23 GÜNDƏM
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqləndi - FƏRMAN
Bugün, 15:20 GÜNDƏM
-
Prezident bu səfiri geri çağırdı - Sərəncam + FOTO
Bugün, 15:10 GÜNDƏM
-
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Bugün, 15:09 CƏMİYYƏT
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Bugün, 15:00 GÜNDƏM
-
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Bugün, 14:52 PRESS
-
Bank və BOKT-ların onlayn kreditləri: yeni tələblər qoyuldu - QƏRAR VERİLDİ
Bugün, 14:52 İQTİSADİYYAT
-
Türkiyə siyasətində ən reytinqli siyasətçi: o, kimdir? – SORĞU
Bugün, 14:28 SİYASƏT
-
39 saniyə içində baş verən böyük zəlzələlər... - Venesuelada binalar uçdu, uçuşlar dayandırıldı (FOTOLAR, YENİLƏNİB)
Bugün, 14:24 GÜNDƏM
-
Prezident İlham Əliyev hərbçilərlə bağlı qanuna dəyişiklik etdi
Bugün, 14:16 GÜNDƏM
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib - DETALLAR
Bugün, 14:13 İQTİSADİYYAT
-
Tramp: "NATO-ya deyil, Ərdoğana hörmətimə görə sammitə qatılacam"
Bugün, 14:09 GÜNDƏM
-
Ceyhun Bayramov Polşa XİN başçısı ilə müzakirə apardı (Yenilənib)
Bugün, 14:01 SİYASƏT
-
Rəsmi Bakı Venesuelaya başsağlığı verib
Bugün, 13:39 GÜNDƏM
-
Fransada “Ebola” qorxusu – 5 nəfər karantinə alındı
Bugün, 13:09 DÜNYA
-
Bəylər Nəcəfov təqaüdə göndərilib
Bugün, 13:04 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:58 GÜNDƏM
-
EV və TORPAQ SATIŞINDAKI DƏLƏDUZLUQ HALLARI... - Ali Məhkəmə daha bir izahat yaydı
Bugün, 12:58 CƏMİYYƏT
-
Beynəlxalq Bank, AccessBank, ExpressBank, Yelo Bank... - Osman Gündüz problem və yoxa çıxan pullardan yazır
Bugün, 12:49 YAZARLAR
-
"Onu ilk dəfə həbs olunduğum gecə gördüm, dedi, “Gördün, torbanı necə tikdim?” - Jurnalist həbsdən yeni çıxan generaldan yazdı
Bugün, 12:41 YAZARLAR
-
Vilayət Eyvazov bu rayonlaırn sakinlərini qəbul edəcək - Açıqlama
Bugün, 12:36 CƏMİYYƏT
-
“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb
Bugün, 12:30 KRİMİNAL
-
Kılıçdaroğlu və Özgür Özəl yasda üz-üzə gəldi: gərgin anlar… - FOTO
Bugün, 12:17 SİYASƏT
-
II və III ixtisas qrupları üzrə imtahan... - DİM məlumat yaydı
Bugün, 12:07 GÜNDƏM
-
Qum adasında əməliyyat: keçmiş məhkum saxlanılıb
Bugün, 12:07 KRİMİNAL
-
Aktyor Kadir İnanırın səhhəti ağırlaşıb
Bugün, 12:02 MƏDƏNİYYƏT
-
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bugün, 11:37 İQTİSADİYYAT
-
Bir nəfərin ölümü, digərinin yaralandığı qəzada ittiham olunan tiktoker... - Məhkəmə təxirə salındı
Bugün, 11:29 KRİMİNAL