Türkiyədə İstanbul derbisi - "Beşiktaş" "Qalatasaray"ı məğlub etdi

Türkiyədə İstanbul derbisi -    \"Beşiktaş\" \"Qalatasaray\"ı məğlub etdi

İDMAN

02.12.2018, 23:01

Bu gün Türkiyə super liqasında derbi oynanılıb.
Mia.az bildirir ki, "Beşiktaş" "Qalatasaray"ı qəbul edib.
Oyunda yeganə qol 18-ci dəqiqədə penaltidən vurulub. Belə ki, top Ərən Dərdiyokun əlinə dəydiyinə görə hakim "Qalatasaray"ın qapısına penalti təyin edib. Ljajic penaltini dəqiq yerinə yetirib - 1-0.
Gərgin geçən oyunda bundan sonra qol səsi çıxmayıb. 
Beləliklə, "Qara qartal" "Aslan"ı yenərək, 24 xalla 3-cü sıraya yüksəlib. Eyni xalı toplayan "Qalatasaray" top fərqinə görə 4-cü sıraya yuvarlanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR