Qarabağı talayan xarici şirkətlər - Siyahı
GÜNDƏM
02.12.2018, 12:55
Qarabağ problemi uzandıqca iqtisadi cəhətdən böhran yaşayan Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın təbii sərvətlərini daha qəddarlıqla istismar edir. Xarici şirkətlərin Qarabağda törəmə filiallarını yaradan Ermənistan hökuməti bu törəmə müəssisələrin rəhbərliyinə erməni millətindən olan rəhbərlər gətirərək, böyük hiyləgərliklə Qarabağa xarici investisiyalar cəlb edir.
Bunun da nəticəsində Qarabağın təbii sərvətləri qeyri–qanuni yollarla xarici ölkələrdə satışa çıxarılır. Əldə edilən gəlir Ermənistanın inkişafına sərf olunur, bir qismi isə Qarabağda yaşayan ermənilərin maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilir. Təəssüflər olsun ki, özlərini demokratiya, insan hüquqları, ekologiyanın qoruyucuları kimi dünyaya car çəkən Qərb dövlətləri, hətta şimal qonşumuz Rusiyanın iş adamları belə bəzi məqamlarda öz maddi maraqları naminə Dağlıq Qarabağda Ermənistanın işğalçılıq siyasətini və həmin ərazilərində ermənilərin törətdiyi talançılıq əməllərini davam etdirilməsinə göz yumur, özlərini təmsil edən şirkətlər vasitəsilə "erməni dəyirmanına su” tökürlər. Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan ərazilərinin 261 min hektar meşə sahəsi, o cümlədən pasportlaşmış 145 Şərq Çinarı məhv edilib.
Mia.az modern.az-a istinadən xəbər verir ki, belə talançı müəssisələrdən biri də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən, Dmitriy Krivelevin rəhbərlik etdiyi "Vibrotexnik" şirkətidir. Şirkət 2003-cü ildən başlayaraq qızıl, mis filizləri və digər əlvan metalları parçalamaq və narınlamaq üçün texniki avadanlıqların, onların tərkibini müəyyən etmək üçün ələk analizatorların, maddələrin tərkibinin analizini aparmaq üçün laboratoriya vasitələrinin istehsalı ilə məşğul olur. Hazırda şirkət öz sahəsi üzrə dağ mədənlərin istismarı, geoloji axtarışları, metallurgiya sahəsində fəaliyyət göstərən bir sıra nəhəng yerli və xarici (Tacikistan, Özbəkistan, Belarus, Ukrayna, Moldova, Ermənistan, İngiltərə, İspaniya və s.) müəssisələr ilə əməkdaşlıq edərək onları lazımi texniki avadanlıqlarla təchiz edir. Son illər ərzində şirkət işğal olunmuş Azərbaycan ərazilərində, Ağdərə rayonun Drmbon yamacında yerləşən qızıl filizi yataqlarını istismar edən "Base Metals” zavodu ilə əməkdaşlıq edərək həmin zavodu istehsal prosesi üçün zəruri hesab edilən texniki avadanlıqlarla təchiz edir.
Rus və erməni mətbuatının yazdığına görə, "Vibrotexnik"lə Dağlıq Qarabağın "Base Metals" zavodu arasında aparılan işlərin icraçısı və əlaqələndiricisi müəssisənin baş direktorun oğlu, əvvəllər həmin şirkətin laboratoriya müdiri olmuş Mixaİl Krivelevdir. Eyni zamanda, Moskvanın "Geologix Group" şirkəti Dağlıq Qarabağda qızıl hasilatı ilə məşğul olmağa başlamaq istəyini reallaşdırmış. Şirkətin məlumatına görə, işlərə 2015-ci ilin yayından başlanmalı idi.
Rusiyanın "Sekret Firma” jurnalının xüsusi müxbiri Viktor Feşenko Qarabağdan hazırladığı xüsusi reportajlarda bizim bilmədiyimiz bir çox gizli məqamlara aydınlıq gətirib. Jurnalın yazdığına görə, Ermənistan Qarabağın təbii sərvətlərini daşımaq üçün 2012-ci ildə Xocalı hava limanını yenidən tikərək böyük həcmli təyyarələrin enməsi üçün istifadəyə yararlı hala gətirib. Çünki Ermənistanın işğalı altındakı Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Məhz bu səbəbdən Xocalı hava limanına Azərbaycanın icazəsi olmadan xaricdən ağır yük təyyarələri endirilə bilməzdi, çünki bu ərazilərdə mülki aviasiyaya məxsus lisenziya hüququ Azərbaycana məxsusdur. Fransız mənbələrin məlumatına görə, Dağlıq Qarabağda qızıl hasilatı üçün istifadə olunan avadanlığın böyük hissəsi Rusiya və Fransadan gətirilir. "Bu Rusiya və Fransa hökümətinin xəbəri olmadan və icazəsiz baş verə bilməz. Regionun geosiyasi vəziyyəti və (qondarma) "Dağlıq Qarabağ Respublikasının" məmurlarının bioqrafiyası bunun hər iki ölkənin razılığı ilə baş verdiyini deməyə əsas verir".
İlk olaraq qeyd edək ki, erməni işğalı altında olan Söyüdlü – Zod qızıl mədəni Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir və tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 –80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə "Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.
İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri, sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 20 ildən də coxdur ki, Ermənistan tərəfindən talan edilir. Belə ki, 1998-ci ildə Kanadanın "Canadian First Dynasty Mines Ltd” şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarıb. Bundan savayı, qeyd edilən sahədə Ermənistanın növbəti ortağı Hindistanın "İndian Sterlite Gold Ltd” şirkətidir.
ATƏT-in Minsk Qrupunun həmsədri olanAmerika Birləşmiş Ştatlarına məxsus"Global Gold Armenian Ltd” şirkəti əsas həmkarlardan biridir. "Global Gold Armenian Ltd” 1995-ci ildə yaradılıb və onun yaradılması haqqında sazişi şahid qismində ABŞ-ın Ermənistandakı səfiri Piter Tomson imzalayıb. ABŞ-ın "ATA-Bank MS" (DQ-də bank işinin təkmilləşdirilməsi üçün 1,8 milyon dollar sərmayə qoyub. Həmçinin ABŞ-ın avtomobillərə texniki yardım göstərən və dünyanın 100-dən artıq ölkəsində ofisləri olan "GS Motors” şirkəti də 2014-cü ilin avqust ayından etibarən Xankəndində maşınlara texniki yarım göstərən mərkəz açıb.
Yüzlərlə ABŞ istehsalı olan müxtəlif "Caterpillar” maşınları, ABŞ -ın "John Deere” və Almaniyanın "Deutz-Fahr” şirkətlərinin kənd təsərrüfatı traktorları və avadanlıqları, Belarusun "MT3-82,3” modelli kənd təsərrüfatı traktorları həmçinin digər texnika mədənçilik, kənd təsərrüfatı, yaşayış məntəqələrinin genişləndirilməsi və dəstək infrastrukturunun tikilməsində qeyri-qanuni istifadə olunur. İranın "İran Mellat Bankı”nın İrəvan filialı da növbəti dəfə 2016-cı ilin aprelində "Dağlıq Qarabağ Respublikasına” böyük miqdarda maliyyə yardımı göndərib. "İran Mellat Bankı” tərəfindən əvvəllər həmin bankın İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Talışi Ovanisyanın etirafı: "2016-ci ilin aprel hadisələri zamanı mən "İran Mellat Bankı”ının tapşırığı ilə "Dağlıq Qarabağ Respublikası” üçün növbəti dəfə maliyyə yardımı aparmaq məqsədilə Dağlıq Qarabağa səfər etmişəm. Səfər zamanı əvvəlcə Gorusa, daha sonra isə orada toplanan könüllülərə qoşularaq onlarla birgə Dağlıq Qarabağa getmişəm. Qarabağda olarkən bir sıra dövlət məmurları ilə, o cümlədən, general Manvel Qiqoryanla görüşdüm və bankın Qarabağa göndərdiyi maliyyə yardımları barədə müzakirələr apararaq fikirlərimi paylaşdım.
Xaçaturyan 2013-cü ildə Xocavənd rayonunun Çartar kəndindən, eləcə də Şuşa və Laçın şəhərlərindən əldə etdiyi 300 xalçanın xarici erməni diasporlarının təşkilatçılığı ilə satışından 270 milyon ABŞ dolları gəlir əldə edib. Qarabağ xalçalarının alıcıları əsasən Rusiya, Amerika və Avropa ölkələridir.
Özünü Türkiyənin "Beko" şirkətinin Ermənistan təmsilçisi adlandıran ED-SPO şirkətinin "beko.am" veb-səhifəsinə daxil olsanız görərsiniz ki, orada açıq şəkildə yazılıb ki, ED-SPO şirkəti "Beko", "Grundig", "Bloomberg", "İstikbal", "Libro" kimi markaların rəsmi və eksklüziv distribyutorudur. Elə həmin məlumatda qeyd olunur ki, bu şirkətin təkcə Ermənistanda deyil, Dağlıq Qarabağda da mağazalar şəbəkəsi mövcuddur.
"Lincy” (ABŞ), "First Dynasty Mines”, "Sterlite Gold Ltd”, "Grand Tobacco” (Kanada), "Akopian”, "Vartanian”, "Framation”, "Mak-Mak Adams”, "Pemod Richard” (Fransa), "Siemens”, "Schnieder” (Almaniya), "Simon Petrolium Technology” (Böyük Britaniya), "Zvezda” (Rusiya), "Patrex” (Portuqaliya), "Franck Muller”, "Andre Group”, "Alpoto” (İsveçrə), "Australia Nairi Ltd”, "Tida Joint Venture” (Avstraliya), "FKX” (Argentina), "Karabagh Telecom”, "Shusha” (Livan), "Thomson” (Niderland), "İntracom” (Yunanıstan) "Mc and Co” (Kipr), "Gideon Richter), (Macarıstan), "Cochrane Pond” (Kanada), "Santa Candelaria” (Çili) və digərlərini misal göstərmək olar. Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il Qarabağa 37 841 800$ investisya qoyulur, bu isə işğal altında olan bölgədə 1725 daimi iş yerinin yaranmasına səbəb olur.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
İran XİN: “MAQATE təzyiq vasitəsi kimi istifadə olunur”
09.06.2026, 21:01 DÜNYA
-
Tramp İranın hücumunu təsdiqlədi - Cavabımız ağır olacaq
09.06.2026, 20:47 GÜNDƏM
-
Naxçıvan Televiziyasının sabiq sədri vəzifəyə təyin olunub
09.06.2026, 20:38 PRESS
-
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
09.06.2026, 20:01 GÜNDƏM
-
Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verildi - Prezident fərman imzaladı
09.06.2026, 19:32 İQTİSADİYYAT
-
Əhliman Əmiraslanov Ağsaqqallar Şurası sədrinin birinci müavini, onlar isə... - SİYAHI
09.06.2026, 18:51 SİYASƏT
-
“BakıKart” kartlarının satış qiyməti qalxır
09.06.2026, 18:19 GÜNDƏM
-
Məşhur gecə klubunda dava - Mühafizəçilər həbs edildi
09.06.2026, 18:01 KRİMİNAL
-
"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiqlənib
09.06.2026, 17:59 GÜNDƏM
-
Polis əməliyyatı: bir qadın və kişi 72 kq narkotiklə saxlanıldı
09.06.2026, 17:32 KRİMİNAL
-
“BakuBus” dövriyyəsinin 40%-ə yaxınını büdcədən alır və bir avtobus aya 36 min manat yığırsa..." - Partiya sədri hesabat istəyir
09.06.2026, 17:18 İQTİSADİYYAT
-
Sabah Goranboy və Masallının bəzi kəndlərində qaz olmayacaq
09.06.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
09.06.2026, 17:00 İQTİSADİYYAT
-
İsrail Livanı yenə vurdu – Yaralılar var
09.06.2026, 16:49 DÜNYA
-
Baş nazir Əli Əsədov qərar imzalayıb
09.06.2026, 16:44 CƏMİYYƏT
-
Bu kollecə direktor təyin edilib
09.06.2026, 16:31 CƏMİYYƏT
-
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik olunub
09.06.2026, 16:30 CƏMİYYƏT
-
"Turan Tovuz" Şəhriyar Əliyevlə yollarını ayırb
09.06.2026, 16:16 İDMAN
-
Ərdoğan: “Türkiyə başqalarının ssenarilərində rol alan ölkə deyil”
09.06.2026, 16:07 GÜNDƏM
-
"Azercell" müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
09.06.2026, 16:00 İQTİSADİYYAT
-
DEPUTATLAR TOPLANIR: 10 məsələ müzakirə olunacaq - SİYAHI
09.06.2026, 15:45 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu Özgür və tərəfdarlarına "barmaq silkələyib": "Kirlənənlərin hamısını kəsib atacam" - VİDEO
09.06.2026, 15:34 SİYASƏT
-
Türkan Şorayın qızı “narkoman” olmadığını deyir: “Lazım gəlsə…” – FOTO
09.06.2026, 15:33 ŞOU-BİZNES
-
Hikmət Hacıyev bu məlumatı paylaşdı
09.06.2026, 15:24 SİYASƏT
-
AAYDA-da yoxlama genişlənib
09.06.2026, 15:14 GÜNDƏM
-
Dünya Millətlər Kuboku: 13 boksçumuz qatılacaq
09.06.2026, 15:06 İDMAN
-
“Qalatasaray” "Yuventus"un hücumçusunu istəyir - İllik 10 milyon maaş + 5 milyon avro bonus
09.06.2026, 15:01 İDMAN
-
Əli Kəriminin 3 mərtəbəli villası müsadirə olundu
09.06.2026, 14:58 İDMAN
-
Haqqın.az saytına yeni rəhbər təyin edilib - O, kimdir? (AÇIQLAMA)
09.06.2026, 14:25 PRESS
-
Baş nazirin sabiq müavini komendatla dalaşıb - O, xuliqanlıq maddəsiylə saxlanılıb və... (Yenilənib)
09.06.2026, 14:25 CƏMİYYƏT
-
Mansur Yavaş mövqeyni yenilədi - Özgür Özəllə Manisaya gedir
09.06.2026, 14:08 DÜNYA
-
İcra başçısına sui-qəsd işi üzrə məhkəmə... - Şikayət rədd olundu
09.06.2026, 13:49 KRİMİNAL
-
Sahil Babayevdən neftin qiyməti ilə bağlı mühüm - AÇIQLAMA
09.06.2026, 13:29 İQTİSADİYYAT