"Gün ərzində 114 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb" - DİN açıqlama yaydı

\"Gün ərzində 114 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb\" -    DİN açıqlama yaydı

KRİMİNAL

24.11.2018, 10:15

Daxili İşlər Nazirliyi ötən gün baş vermiş cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. 
DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər”lə açılıb:
"Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR