24 noyabr mitinqi təxirə salındı - Qarabağ Komitəsi bəyanat verdi
SİYASƏT
23.11.2018, 15:19
Qarabağ Komitəsi bu gün toplaşaraq 24 noyabrda keçirilməsi planlaşdırılan mitinqə münasibət bildirib və mitinq haqqında bəyanat qəbul edib.
Mia.az-a daxil olan bəyanatda deyilir:
"Qarabağ Komitəsi 24 noyabr 2018-ci il tarixində Bakı şəhərində "Erməni işğalına son!”, "Qarabağa Azadlıq!” şüarları ilə mtinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst toplaşma hüququnu kobud şəkildə pozaraq tamamilə qanunsuz və əsassız olaraq həmin mitinqin keçrilməsinə qadağa qoymuşdur. Qanunvericiliyə müvafiq olaraq Komitə Bakı şəhər İcra Hakimiyyətinin həmin qərarından məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "Sərbəst toplaşma azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bu şikayətə 2 gün ərzində baxmalı olduğu halda, baxışı 7 dekabr 2018-ci il tarixinə təyin edib. Bundan sonra təşkilatçılar hüquqi müstəvidə qalmış imkandan istifadə edərək ərizə yazıb xahiş etmişlər ki, məhkəmə öz qərarını ləğv etsin, baxış 24 noyabra qədər keçirilsin və Bakı şəhər İcra Hakimiyyətinin mitinqi qadağan edən qərarını ləğv edərək mitinqin keçirilməsinə icazə qərarı çıxarsın. Lakin mitinqin keçirilməsi üçün müəyyən edilmiş tarixə qədər məhkəmə bu ərizəyə də baxmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Konstitusiyası və qanunlarının müddəalarını, Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını pozaraq 24 noyabrda mitinq keçirilməsinə qadağa barədə Bakı şəhər İcra Hakimiyyətinin qərarının de-fakto qüvvədə olması situasiyası yaratmışdır. Qarabağ Komitəsi işğalcı Ermənistan hakimiyətinin davakar bəyanatları və meydanoxumalarının gücləndiyi, işğal olunmuş torpaqlarımızın düşmən tərəfindən məskunlaşmasının sürətlindiyi, bir sıra beynəlxalq təşkilatların və dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hərəkətlərinin artdığı, qondarma işğal rejiminin sözdə nümayəndələrinin rəsmi vizalarla dünya paytaxtlarında qəbul olunduğu haqqında xəbərlərin gəldiyi və Azərbaycan hakimiyyətinin bunlara qarşı təsirli addımlarının müşahidə olunmadığı bir məqamda 2-ci Qarabağ mitinqinə münasibətdə tutulan bu antimilli mövqeyə qətiyyətlə etiraz edir, pisləyir və lənətləyir. Qarabağ Komitəsi Bakı şəhər İcra Hakimiyyəti və 1 saylı İnzibati-İqtisadi məhkəməsinin qərarları nəticəsində yaranmış hüquqi vəziyyəti, həmçinin iqtidardakı bəzi dairələrin kütləvi repressiya və təxribat planları, hakimiyyətdaxili qrupların xalqın haqlı etirazlarından öz maraqları üçün istifadə etmə cəhdi və hazırlıqları barədə məlumatları, region və ölkədəki hərbi siyasi situasiyanı müzakirə edərək və dəyərləndirərək, habelə Komitənin mövcud durumda razılaşdırılmamış kütləvi aksiyalar keçirmənin məqsədəuyğun olmadığı barədə qərarı olduğunu nəzərə alaraq 24 noyabra təyin edilmiş mitinqi təxirə salmaq haqqında qərar qəbul etmişdir. 2-ci Qarabağ mitinqinin yeni tarixi haqqında məlumat yaxın müddətdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır.”
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda Neft Emalı Zavodunda yanğın.. - FHN açıqlama yaydı
Bugün, 09:16 GÜNDƏM
-
DÇ-2026: İngiltərə 6 qollu dueldə qazandı
Bugün, 09:08 İDMAN
-
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunu llik Toplantılarının açılış mərasimində - CANLI
Bugün, 09:01 GÜNDƏM
-
“Hadisəyə intihar donu geyindirməsinlər” - Vəkil oğlunun ölümündəki müəmmadan danışdı
Bugün, 08:53 CƏMİYYƏT
-
İran parlamentinin spikerindən iddialı mesaj: "Onları məğlub etdik” - "Mən diplomat deyil, döyüşçüyəm”
Bugün, 08:28 GÜNDƏM
-
DÇ-2026: Özbəkistan yığması məğlub oldu
Bugün, 08:22 İDMAN
-
TRAMPLA İRAN PREZİDENTİ TARİXİ RAZILAŞMANI İMZALADI - İlk açıqlamalar + FOTOLAR
Bugün, 08:07 GÜNDƏM
-
Tramp Tehranla yeni sazişin 48 saat içində imzalanacağını gözləyir: “İrana “ballistik raketlərə sahib olma” deyə bilmərik”
Bugün, 00:40 GÜNDƏM
-
DÇ-2026: Türkiyə son matçı gözləmədən turnirlə vidalaşa bilər – Ərdoğan araya girdi
Bugün, 00:36 İDMAN
-
Azərbaycanda bir ilk: yeni Kompleks Onkoloji Mərkəz yaradılır - AÇIQLAMA
Bugün, 00:28 CƏMİYYƏT
-
Kənd futbolunu 5 minə yaxın azarkeş izlədi - FOTO
Bugün, 00:14 İDMAN
-
Blogerin sosial media hesabları bloklandı
Bugün, 00:12 PRESS
-
Putin Hakan Fidanla görüşdü, Ərdoğanı Moskvaya dəvət etdi - "Bu məsələdə sizin təcrübəniz son dərəcə vacibdir"
Bugün, 00:09 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Avropadan Türkiyəyə qarşı qətnamə: nazirə sanksiya tələbi irəli sürüldü – Rəsmi Ankaradan etiraz
Bugün, 00:03 GÜNDƏM
-
FED yeni sədrlə ilk qərarını açıqladı
17.06.2026, 23:07 İQTİSADİYYAT
-
DÇ-2026: Portuqaliya Konqoya qalib gələ bilmədi
17.06.2026, 22:58 İDMAN
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edilib - Ən çox bal toplayanlar kimlərdir?
17.06.2026, 20:10 GÜNDƏM
-
PA rəhbəri yüksək vəzifəliləri topladı - Qərargahın iclası oldu (FOTOLAR/YENİLƏNİB)
17.06.2026, 19:27 GÜNDƏM
-
“Polisә xәbәr vermә, yoxsa..." - BDU-nun müəlliminin evindən 1.6 milyon aparılıb
17.06.2026, 19:26 CƏMİYYƏT
-
Mərkəz rəhbəri 8 il azadlıqdan məhrum edilib
17.06.2026, 19:22 SİYASƏT
-
Robert Köçəryanın həbsinə hazırlıq gedir
17.06.2026, 19:04 GÜNDƏM
-
Prezidentin köməkçiləri, PA rəhbəri və nazirlər Qarabağda - FOTOLAR (Yenilənib)
17.06.2026, 18:49 GÜNDƏM
-
Ramiz Mehdiyevin ailəsinə məxsus banka niyə güzəşt olundu? - Ekspert rəyi
17.06.2026, 18:00 İQTİSADİYYAT
-
Paşinyan: "İndi "üçbaşlı müharibə partiyası" Azərbaycanla sülh sazişini şübhə altına alır"
17.06.2026, 17:53 GÜNDƏM
-
Ceyhun Bayramovla ABŞ rəsmisi bir araya gəldi - Nələr müzakirə edildi?
17.06.2026, 17:47 SİYASƏT
-
Livan Prezidenti: “İran və prosesə töhfə verən hər bir ölkəni dəstəkləyirik”
17.06.2026, 17:36 DÜNYA
-
“Azərişıq” kisənin ağzını açdı - 13.3 milyonluq tender elan edildi
17.06.2026, 17:22 İQTİSADİYYAT
-
Türkiyə yığmasını Paraqvay millisiylə çətin oyun gözləyir - Montella heyəti dəyişir
17.06.2026, 17:07 İDMAN
-
Türkiyə gözəli çimərlikdə - FOTOLAR
17.06.2026, 17:05 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.06.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıda 51 kq narkotik satmaq istəyən şəxslər saxlanılıb
17.06.2026, 16:45 KRİMİNAL
-
Sərdar Cəlaloğlu: "İl boyu təhsil alan tələbələr davamlı imtahanlar, psixoloji gərginlik və..."
17.06.2026, 16:38 SİYASƏT
-
"Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və..." - Flora Kərimova Mehriban Əliyevaya belə təşəkkür etdi
17.06.2026, 16:17 MƏDƏNİYYƏT