22-11-2018 [16:01]
"İlqar Məmmədov məni Feysbuk-da dostluğundan çıxardı. İlqar Məmmədovun türmədən çıxandan bəri ən böyük ictimai-siyasi addımı budur".
Bunu "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Real Partiyasının sədri İlqar Məmmədov haqda deyib.
Baş redaktor qeyd edib:
"Zati – möhtərəm haqqımda bu cümlələri ifadə edib: "İlham Əliyevdən orden-medal almış bütün siyasi şəxsləri sosial şəbəkədə friend siyahımdan çıxarıram. Rauf Arifoğludan başladım, "Yeni Müsavat" qəzetinin redaktorundan. Friendlərdən belələri varsa və mən hələ bilmirəmsə, bir zəhmət, özləri çıxsın."
Bu adamdan heç zaman normal bir şey gözləməmişəm. AMİP-də olanda da, sonra da. Adam bir siyasi ipləmədir. Onurğası sındırılmış, təəhhüd götürərək, siyasətdəki daha yekə Məmmədovun öhdəliyinə buraxılmış birisindən nə gözləmək olardı ki... Amma məntiq və faktla baxdıqda, İlqar Məmmədov təmizləmə işinə türmədən çıxan kimi başlamalı idi. Və məndən, Facebook dostluğunda olan "medalçılar”dan deyil, ən yaxınında olanlardan, ona gerçəkdən və hərmənalı xəyanət edənlərdən... Onlara kameralar önündə sarılanda, mən onsuz da ona qiymət biçmişdim”.
Onun üstündə haqqının olduğunu deyən Rauf Arifoğlu qeyd edib ki, 5 il 6 ay ərzində "Yeni Müsavat” Allahın hər günündə ona dəstək olub:
"Müxbirlərimiz, redaktorlarımız dəfələrlə Şəkiyə qədər, məhkəmələrinə gediblər. Ona xəyanət edən yaxınlarının acısını yaşadığı o əzablı günlərdə, hansında ki, məlumatları yeni almışdı və canı - ruhu acıyırdı, biz onun adını və əlini buraxmadıq. Əməkdaşımız Cavanşir Abbaslı mənim tapşırığımla bu illər ərzində hər gün onunla bağlı xəbər və müdafiə mətnləri hazırladı. Mən də bəzi müqavimətlərə, təhlükə və xəbərdarlıqlara baxmayaraq, israrla və son günə qədər onu müdafiə etdim. Beləyəm. Darda olana hər zaman əl uzadaram, dayaq və dəstək olaram. Reklam etmədən, yaymadan, qarşıdakını əzmədən. Bir Allah bilsin, o da yetər.
Məsələn, Əli Kərimli bu yaxınlarda həbs olundu. İçəridən çıxana qədər, kənardan nə qədər yazı göndərilsə də, nə qədər qaralayıcı məlumatlar ötürülsə də, bir sətir də buraxmadım. An-ba -an xəbərlərini yaydım. Bir cümlə də onu aşağılaya biləcək, ya da işini zorlaşdıracaq ifadə işlətmədim. Həbsini də doğru bulmadım və fikirlərimi gərəkən yerlərə söylədim. Yalnız çıxandan sonra deputat Elşən Musayevin (redaksiyanın deyil) bir yazısını buraxdım. Çünki daha darda deyildi, həyatına və azadlığına təhlükə yox idi. Üstəlik, adam o qədər kinli, o qədər qeyri-adekvat və Allahsızdır ki, onsuz da belə jestləri anlayacaq, dəyərləndirəcək halda da deyil. Bunlara nə geniş, bütün ölkəni əhatə edəcək ağıl, nə də zəka var”.
Baş redaktorun sözlərinə görə, İlqar Məmmədov Əli Kərimlinin yanındakı virtual militanlardan biri kimi şeydir
"Zəka qohumudurlar, bunlar. Danışarlar, özlərini qızışdırarlar, qaz verərlər bir-birilərinə, sonra da "gəlirik”moduna girib, oradan heç çıxa bilməzlər. Və İlqar Məmmədov həbsdən çıxanda Cavanşir yenə onun yanındaydı. İlqar və xanımı ona və qəzetə minnətdarlıq edib, üstəlik, eksklüziv müsahibə də verib. Onlar hamısı arxivimizdə qalır. Aylar keçib, Bəy birdən birə "feys”ini təmizləməyə qərar verib. İlk ağlına gələn də Rauf Arifoğlu olub. "Feys”ini pis göstərirəmmiş.
"Feys”in qara olsun, buynuzun qırılsın, sənin ağlını balla yesinlər, İlqar! Səni Allah silib, cəzanı da ömürlük kəsib. Heyfini məndən niyə çıxırsan ki? Məşhur anektodda deyildiyi kimi, axı mən "heç orda olmamışam”.
Teleqraf.com
Rasim Balayevin səhhətində problem yaranıb
Bakıda narkokuryer 5 kq narkotiklə tutulub
İstanbulda məşhurlara qarşı əməliyyat: daha 5 nəfər saxlanıldı, aktrisanın evindən "patı" çıxdı
Agentlik “Baku Electronics”i qanunsuzluqda ittiham edir
"Niyaməddin Musayev gecə klublarında oxuyur və pul qazanır" - "Gecə klublarında daha bahalı kabinetlər var"
Azərbaycanın tanınmış xanəndəsi İranda saxlanıldı və... - "Pezeşkianla şəklimi göstərdikdən sonra məni buraxdılar" (Yenilənib)
Ən çox qazanan bankların - SİYAHISI
İmtahan olacaq
Bakıda sulu qar, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Səhrada nadir mumiyalanmış çita qalıqları tapılıb - FOTO
"Fənərbağça" "Alanyaspor"la oyuna hazırlaşır
"Qalatasaray" və "Fənərbağça" cərimələndi
Türkiyədə dollar bu qədər qalxacaq - İllik proqnoz
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib (Yenilənib)
"Azərbaycan Nəşriyyatı" bağlanıb
ABŞ-da zəlzələ olub - 6 bal gücündə
Müğənni: "O, məni boşasa, ölərəm" - VİDEO
Aparıcı: "Bizdə qayda budur: 10 dəqiqə gecikən 100, çox olan 200, hətta bəzən 300 manat ödəyir"
İranda etirazlar: ölənlərin sayı artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
“Dəniz suyunun duzsuzlaşdırılması” layihəsinə milyonlar xərclənib: nəticə hanı? - EKSPERT ELƏ FAKTLAR AÇIQLADI Kİ...
Dövlət Məşğulluq Agentliyində təyinat olub
Azərbaycan nefti ucuzlaşdı - 2.42 dollar
Abşeronda bir nəfər dəm qazından boğulub
Türkiyə klubu nigeriyalı futbolçu aldı
ABŞ daha bir tankerə "əl qoydi" - "Amerika bu məsələdə qərarlıdır"
"Beşiktaş" 3 xalı 3 qolla qazandı
Məşhur hücumçu "Fənərbağça"dan ayrıldı
Ağ Ev sözçüsü İrana hücumun təxirə salınma səbəbini açıqladı: "Tehran rejimi ən azı 800 edamı dayandırdı..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Naxçıvanda yeni iqtisadi reallıqlar... - Cavadxan Qasımov yazır
Telekanal Oktay Kaynarca ilə vidalaşdı - "Burada işləyə bilməz"
Məşhur voleybolçu sərbəst buraxıldı
İsrail ordusu Qəzzaya ağır zərbələr endirir
"Konyaspor" səfərdə "Bodrum"u məğlub etdi
Ziraat Türkiyə Kuboku: İstanbul komandası qalib gəldi
"Qalatasaray"ın keçmiş oyunçusu yeni klubla anlaşdı
Təxribat tipli paylaşım edən 325 nəfər saxlanıldı - Türkiyədə
Ağsuda hesabat yığıncağı keçirilib - FOTOLAR
İslam İnkişaf Bankı Qrupunun Təşkilat Komitəsinin iclası keçirilib