Azərbaycan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna dəvət olunmadı - Rəsmi Bakıdan mesaj

img

22-11-2018 [14:43]


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu ilin dekabr ayında Tbilisidə təşkil ediləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə bağlı KİV-də yayılan məlumata münasibət bildirib.

XİN-dən Mia.az-a verilən məlumata görə,  qeyd edilən məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır: "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq.

Məsələ ilə bağlı kütləvi informasiya vasitələrinin suallarını, eyni zamanda, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə və tədbirə ev sahibliyi edəcək Gürcüstanın ölkəmizdəki səfirliyinə ünvanlaması məqsədəuyğun hesab edilir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA