Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir - SİYAHI

img

21-11-2018 [17:05]


Azərbaycanda bir neçə bələdiyyənin adı dəyişdirilir.

Bununla bağlı "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilir.

Dəyişikliklə, Ağsu rayonunun Gürcüvan bələdiyyəsi Xanbulaq, Goranboy rayonunun Ağamalıoğlu bələdiyyəsi Düzqışlaq, Əzizbəyov bələdiyyəsi Kəhrizli, Xaçmaz rayonunun Alekseyevka bələdiyyəsi Çaykənarı, Müqtədir bələdiyyəsi İstisu, Xızı rayonunun Şuraabad bələdiyyəsi Şorabad, Qusar rayonunun Şirvanovka bələdiyyəsi Şirvanlı, Masallı rayonunun Kalinovka bələdiyyəsi Viləş, Saatlı rayonunun Xanlarkənd bələdiyyəsi Nabatkənd, Qarayevkənd bələdiyyəsi Orta Muğan, Samux rayonunun Qırmızı Samux bələdiyyəsi Qaraağaclı, Şəmkir rayonunun Qasım İsmayılov bələdiyyəsi Ağlavaşlı, Muxtariyyat bələdiyyəsi Qədimqala adlandırılır.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA