Cəlilabadda "Mercedes" "KamAZ"a çırpılıb, xəsarət alan var

Cəlilabadda \"Mercedes\" \"KamAZ\"a çırpılıb,  xəsarət alan var

KRİMİNAL

20.11.2018, 23:26

 Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub.
"Report"un Muğan bürosu xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində 1 nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. 
Hazırda hadisənin baş vermə səbəbləri və yaralının şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR