“Silah götürmüşəm, amma atmamışam” - Qarabağ icmasının sədri

img

19-11-2018 [17:18]


"Şuşanın işğalı zamanı göz yaşımı axıdıb ağlamadım, amma ürəyim, içim bu gün də ağlayır. Şuşam üçün çox darıxıram. Düzü, mən mayın 8-də Şuşada deyildim. Mayın 6-da Bərdəyə getmişdim".

Mia.az modern.az-a istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib:

"Bir dostumuz var, onun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı. Mən buna görə ayın 6-da Bərdəyə getmişdim. Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları – hamısı ayın 8-də Şuşada idi. Hətta mənim balaca qardaşım Vüqar gec çıxmışdı. Mən də ortancıl qardaşım Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: "Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?”.

Balaca qardaşım isə mənə demişdi ki, vəziyyətin pis olduğunu görüb az qala bacımı güllələmək istəyib. Səbəb bəllidir – düşmən əlinə keçməsin. Biz Ağcabədiyə gəlmişdik. Bu anları yaşamaq lazımdır".

Siz özünün silaha sarılmısınızmı sualına icra başçısı maraqlı cavab verib:

"Axşamlar çıxanda özümlə silah götürürdüm. Amma durub desəm ki, atışmada döyüşmüşəm, yalan olar".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA