Həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarına görüşməyi təklif edib - Milanda

img

13-11-2018 [15:03]


Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının bu il dekabrın 6-7-də keçirilən iclasında iştirak edəcək.

"Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı XİN-in mətbuat katibi Anna Nağdəliyan bildirib.

O, ATƏT Minsk qrupu həmsədrləri tərəfindən həmin iclas çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi ilə bağlı təklif irəli sürüldüyünü deyib: "Görüş təsdiq edilən kimi ictimaiyyət məlumatlandırılacaq”.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Visconti (Fransa), Andrü Şefer (ABŞ) oktyabrın 29-dan noyabrən 2-dək Rusiya və Cənubi Qafqaz regionunda səfərdə olmuşdular.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA