"Olmazmı 10 milyon manata satışa çıxarılan o hamam..." - Milli Məclisdə villa, bahalı maşın müzakirəsi

img

07-11-2018 [12:33]


"Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?”

"Report” xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, məmurlar işdən çıxarıldıqdan sonra onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: "Buna nəzartə etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm ki, bununla bağlı ciddi sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA