"Ermənistanın mürəkkəb coğrafi vəziyyətini anlayışla qarşılasaq da..." - ABŞ dövlət katibinin müavini

img

06-11-2018 [13:21]


"Ermənistanın mürəkkəb coğrafi vəziyyətini anlayışla qarşılasaq da, regionun vəziyyətinin qeyri-sabitliyindən də narahatıq”.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent "Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.

C.Kent Ermənistan hökumətinin onun sözlərini doğru başa düşməsini istəyib.

Onun sözlərinə görə, İran bölgədə sabitliyi pozan əsas qüvvədir: "Sanksiyalar yalnız İranın nüvə silahı yaratmasına görə tətbiq edilməyib. Rəsmi Tehran terrorçuluğu dəstəkləməsinə və sabitliyi pozmasına görə məhdudlaşdırıcı tədbirlərə məruz qalıb”.

Amerikalı diplomat deyib ki, ABŞ tərəfdaşları və dostlarının dönməz itkilərlə üzləşməməsi üçün onlarla bu istiqamətdə işləmək istəyir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA