"Azərbaycanın Qüds məsələsində verdiyi dəstək bizim üçün çox vacibdir" - Fələstin XİN başçısı

img

05-11-2018 [10:56]


 "Gələn il Azərbaycan və Fələstin nazirlikləri arasında Komitənin ilk iclasının keçirilməsi planlaşdırırılır".

Mia.az "Report"a istinadən xəbər verir ki, bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Bakıda keçirilən Fələstin dövlətinin Asiyadakı səfirlərinin iclasında bildirib.

O deyib ki, görüşün Fələstində keçirilməsi nəzərdə tutulub.

XİN başçısı vurğulayıb ki, Fələstinə üçün Azərbaycanın bütün məsələlərdə, o cümlədən Qüds məsələsində verdiyi dəstək çox vacibdir.

"Fələstinə yardımınız və səyləriniz üçün təşəkkür edirik. Azərbaycan Fələstinə yardım fondlarına 5 milyon dollar ayırıb. Qüds məsələsində Azərbaycanın bizi dəstəkləməsi bizim üçün çox vacibdir. Ölkələrimiz əlaqələri inkişaf etdirir və ümidvarıq ki, bundan sonra onlar daha da möhkəm olacaq. Həmçinin gələn il Fələstində nazirliklərimizin Komitəsinin ilk iclasını keçirməyi planlaşdırırıq", - o diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA