Polyak iş adamı XİN-ə müraciət etdi, üzr istədi - Adı "Qara siyahı"dan çıxarıldı

img

02-11-2018 [16:31]


Polşa Respublikasının vətəndaşı, "Publicis Sp. Z.o.o.” şirkətinin rəhbəri Mateuş Lisovski Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, şirkət rəhbəri məktubunda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını və bu səfərin nəticələrindən məlumatsız olduğunu qeyd edib: 

"Daha sonra, M.Lisovski uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan Azərbaycanın ərazilərinə səfərinin heç bir halda bu bölgədə yaradılmış qanunsuz rejimin təşviqinə xidmət etmədiyini xüsusilə vurğulamışdır. Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən M.Lisovski gələcəkdə belə səfərlərdən çəkinəcəyini, adının "Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını və ölkəmizə səfər üçün müvafiq icazəsinin verilməsini xahiş edib".

XİN-dən daha sonra bildirilib ki, M.Lisovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər” siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA