"Əldə edilmiş uğurların davamlı olması üçün çalışacağıq” - İnam Kərimov

img

01-11-2018 [10:34]


 "Hazırda Azərbaycanda kənd təsərrüfatı ilə bağlı qızğım məhsuldarlıq dövrüdür. Pambıqçılıq və tütünçülük sahələrində yüksək məhsuldarlıq əldə edilir. Dövlət hər bir fermerə dəstək göstərir”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

O, ilin sonuna kimi ölkədə aqrar sektorun məhsuldarlıq göstəricilərinin daha da artacağını vurğulayıb: "Bu ilin ilk 9 ayında kənd təsərrüfatı sahəsində böyümə 4,3%, o cümlədən bitkiçilikdə 5,8%, heyvandarlıqda 2,7% olub. Bu rəqəmlər ilin sonuna qədər daha da artacaq. Bildiyiniz kimi, son illər aqrar sahənin inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Qeyri-neft sektoruna göstərilən diqqət nəticəsində bu gün aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə bu günə qədər əldə edilmiş uğurların davamlı olması üçün çalışacağıq”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA