"ATƏT-ə ehtiyac yoxdur, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında keçirilməlidir" - Deputat

img

30-10-2018 [12:40]


"ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir”

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında keçirilməlidir: "Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq lazımdır ki, danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk qrupuna”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA