Qatar qəzasında yaralananlardan daha biri öldü

img

25-10-2018 [12:06]


Oktyabrın 1-də Bakının Xəzər rayonu, Binə qəsəbəsindəki dəmir yolu xəttində qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 1 nəfəri dünyasını dəyişib.

Mia.az-ın xəbərinə görə, bu barədə Trend-ə 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilib ki, hadisə nəticəsində xəsarət alan Əzimov Məmməd Sabir oğlunun müalicəsi nəticə verməyib və o dünyasını dəyişib:

"Xəstə qapalı-kəllə beyin travması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya gətirilərək əməliyyat olunmuşdu. Əməliyyat zamanı xəstənin dalağı da çıxarılmışdı və həmin vaxtdan reanimasiya şöbəsində saxlanılırdı. Bir neçə gün öncə xəstənin vəziyyəti pisləşdiyi üçün o "City Hospital"a köçürülsə də, həyatını xilas etmək mümkün olmayıb. Məmməd Əzimov orada dünyasını dəyişib".

Qeyd edək ki, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.

Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişmiş, 40 nəfər isə xəstəxanalara yerləşdirilmişdi. Xəsarət alanlardan 5-i azyaşlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA