22-10-2018 [14:25]
Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.
BQP-dən Mia.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən BQP Siyasi Qurulunun növbəti iclasında ictimai-siyasi vəziyyət, partiyadaxili eləcə də, bir sıra digər məsələlər müzakirə edilib.
Partiya başqanı, Millət vəkili F. Mustafa iclas iştirakçıları qarşısında ictimai-siyasi vəziyyətlə bağlı geniş təhlili məruzə ilə çıxış edib, aidiyyatı üzrə qaldırdığı məsələlər, ölkəmizi təmsil etdiyi beynəlxalq tədbirlər, keçirdiyi görüşlər barədə iclas iştirakçılarını məlumatlandırıb və ona ünvanlanan sualları cavablandırıb.
Siyasi Qurul, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində yayılan məlumatlara münasibət bildirib. Qeyd edilib ki, "İşğalçı dövlət beynəlxalq hüquqa və qəbul edilən konvensiyalara məhəl qoymadan zəbt etdiyi torpaqlardan hər cür məqsədlər üçün istifadə edir və qanunsuz köçürmə siyasəti apararaq, süni demoqrafik vəziyyət formalaşdırmağa cəhd edir. Halbuki, 1949-cu il Cenevrə Konvensiyasına əsasən, işğal edilən ərazilərdə işğalçı ölkənin xeyrinə hər hansı məskunlaşmanın aparılması, infrastruktur layihələrinin reallaşdırılması birmənalı olaraq qadağan edilir. Azərbaycan beynəlxalq hüququn tanıdığı imkanlardan istifadə edərək işğal edilmiş ərazilərdə ermənilərin qanunsuz hərəkətlərinin qarşısının alınmasında israrçı olmalıdır. Qeyd edilən məsələ ilə bağlı beynəlxalq hüquqa əsaslanan sənədin qəbul olunması Ermənistanın Azərbaycanın işğal etdiyi digər ərazilərində qanunsuz fəaliyyətlərinin qarşısının alınmasında da presedent rolunu oynaya bilər”.
İclas, bu yaxınlarda İranda keçirilməsi nəzərdə tutulan "Qarabağ İslam bölgəsidir" adlı beynəlxalq konfransın ləğv edilməsini İranın Ermənistanla həmrəyliyinin daha bir sübutu kimi dəyərləndirib: "KİV-lərdə yayılan məlumatlara görə məhz Ermənistan rəsmilərinin istəyi əsasında adı çəkilən tədbirin ləğv edilməsi İranın islami prinsiplərə zidd siyasət aparmasından əl çəkmədiyini göstərir. İran, gerçək səmimi İslam prinsiplərinə uyğun dövlət olduğunu iddia edirsə, müsəlman qardaşlarının torpaqlarını işğal edən qüvvələrlə həmrəy olmaqdan əl çəkməli, dindaşlarına qarşı həssaslığını ortaya qoyaraq, Azərbaycanın ərazi bütövlüyünü hər fürsətdə dəstəklədiyini nümayiş etdirməlidir”.
Siyasi Qurul Türkiyəni İzmir bölgəsində "Star” zavodunun açılışını iki dövlət arasındakı iqtisadi əməkdaşlıq və qardaşlıq münasibətinin növbəti təzahürü adlandırıb: "Azərbaycanın xarici ölkələrdə reallaşdırdığı ən böyük sərmayəni, həyata keçirdiyi meqalayihəni məhz tarixin sınaqlarından çıxmış, dəyişməz müttəfiqi olan qardaş Türkiyədə reallaşdırması siyasi, iqtisadi əhəmiyyət kəsb etməklə yanaşı, həm də iki ölkə arasında münasibətlərin mükəmməl səviyyədə olmasının dünyaya nümayişi baxımından təqdir edilməlidir”.
İclas, ABŞ-ın Yerevandakı səfirinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunun etirafını müsbət qiymətləndirib: "ABŞ-ın Ermənistandakı səfiri R. Millsin "Ermənistan Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan qarşısında kompromisə getməli olacaq” və "Reallıq bundan ibarətdir ki, istənilən nizamlanma işğal olunan torpaqların geri qaytarılmasını tələb edəcək”- deməsi Minsk Qrupunun həmsədr ölkələrindən birinin rəsmisinin dilindən münaqişə tərəflərinin hər ikisinin deyil, haqlı olaraq, məhz işğalçının güzəştə getməli olduğunun birmənalı qeyd edilməsi baxımından əhəmiyyətli hesab edilməlidir”.
Sonda iclas cari məsələlərin müzakirəsi ilə öz işini başa çatdırıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)