SOCAR A-92 benzinlə bağlı 4 nazirlik, bir komitə ilə razılaşdı, hökumət qərar verdi - Rüsum 90 günlük qüvvədən düşdü

img

19-10-2018 [14:13]


Bu gün Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə qərar imzalayıb.

Mia.az bildirir ki, qərara görə, Dövlət Neft Şirkətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən   Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 sentyabr tarixli 375 nömrəli qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin "2710 12 413 0” və "2710 12 510 1” alt yarım- 2 mövqelərinə aid sətirlərinin "Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda "15” rəqəmi "0” rəqəmi ilə əvəz edilib.

Bununla da qeyd edilən kod adı altında olan A-92 markalı benzin gömrük rüsumundan azad edilib.

Qeyd edək ki, bu qərar 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 (doxsan) gün müddətində qüvvədədir.

Onu da qeyd edək ki, yuxarıda qeyd edilən qərarla bağlı Baş nazir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə haqda da qərara dəyişiklik edib.

Mia.az bildirir ki, bu barədə imzalanan qərara görə də, Dövlət Neft Şirkətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən  ölkəyə gətirlən aksizli malların aksiz dərəcələri”ndə  "2710 12 410 0” kodu "2710 12 413 0” kodu ilə, "2710 12 413 0” "2710 12 510 1” alt yarımmövqelərinə
aid sətirlərin "Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)” sütununda "200” rəqəmi "1,0” rəqəmi ilə əvəz edilib.

Bu qərar da 2018-ci ilin 1 oktyabr tarixindən tətbiq olunur və 90 (doxsan) gün müddətində qüvvədədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR