16-10-2018 [00:17]
"Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi. Bu gün dünyada baş verən hadisələr göz qabağındadır".
Bunu Prezident İlham Əliyev oktyabrın 15-də Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında çıxışı zamanı deyib.
"Bizim tarixi abidələrimiz turizmi inkişaf etdirən vacib amillərdən biridir. Bizim zəngin tariximiz, mədəniyyətimiz, tarixi abidələrimiz xarici qonaqların marağına səbəb olur. Gözəl mətbəximiz, o cümlədən cənub zonasının xüsusi ləzzətli mətbəxi hesab edirəm ki, dünya səviyyəsində məşhurdur. Ölkəmizə gələn turistlər xalqımızın qonaqpərvərliyi sayəsində özlərini evlərindəki kimi hiss edirlər. Ölkəmizin ümumi inkişafı əlbəttə ki, turistləri cəlb edir. Əgər Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi. Bu gün dünyada baş verən hadisələr göz qabağındadır, risklər, təhlükələr artır və turistlər daha əmniyyətli yerləri seçirlər, ona görə təsadüfi deyil ki, məhz Azərbaycana üz tuturlar. Bütün bu amillərin vəhdəti turizmin inkişafını şərtləndirir. Əlbəttə ki, belə gözəl istirahət mərkəzlərinin, otellərin tikintisi turistləri daha da cəlb edəcək. Biz gərək indi dünyada çox ciddi təbliğat aparaq və bu təbliğat nəticəsində xaricdə yaşayan insanlar bizi daha da çox tanısınlar", - deyə dövlət başçısı bildirib.
Prezident Azərbaycanda, eləcə də, müalicəvi turizmin inkişaf etdiyini, İstisu Sağlamlıq Mərkəzinin yaradılmasının isə bu istiqamətdə önəmli addım olduğunu diqqətə çatdırıb:
"Bu vaxta qədər Naftalan şəhərində bir neçə beşulduzlu otel istifadəyə verilib. Biz Naftalanın turizm mərkəzi, müalicəvi mərkəz kimi şöhrətini bərpa etdik. Orada oynaq xəstəlikləri, daxili orqanların xəstəlikləri müalicə olunur. Qalaaltı, o da sovet vaxtında ittifaq məkanında məşhur bir turizm mərkəzi idi. İndi biz bunu beynəlxalq mərkəzə çevirdik, orada daha çox böyrək xəstəlikləri müalicə olunur. Naxçıvanda Duzdağ müalicəvi mərkəzi ağciyər xəstəlikləri üçün çox faydalıdır. Lənkəran İstisu sanatoriyasının şəfalı suları da insanların sağlamlığını təmin edəcək".
O qeyd edib ki, hazırda müalicəvi turizm istiqamətində işlər gedir, idman turizmi inkişaf etdirilir.
"Şahdağ artıq dünya səviyyəli bir dağ-xizək mərkəzinə çevrilib. Ondan sonra açılmış Tufandağ yeni xizək mərkəzidir. Beləliklə, turizm Azərbaycanda inkişaf edəcək, turizm sahəsində 10 minlərlə iş yeri yaradılır. İndi mənə verilən məlumata görə, təkcə bu sanatoriyada ən yaxşı mövsümdə 250-yə qədər yeni iş yeri açılacaq və burada yerli vətəndaşlar işlə təmin olunacaqlar. Ölkə iqtisadiyyatına daha da böyük həcmdə vəsait, investisiyalar qoyulacaq və xarici qonaqlar pul xərcləyəcəklər. Ona görə mən çox şadam ki, Lənkəran rayonunda belə gözəl turizm mərkəzi yaradılır. Bu, Lənkəranın iqtisadi potensialına növbəti bir töhfədir", - deyə İlham Əliyev söyləyib/Report.
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - FOTOLAR
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb