Deputatlar ingilis dilini bilir? - Danışmaqdan imtina edənlər + VİDEO

img

09-10-2018 [10:48]


Parlamentin payız sessiyasının ilk plenar iclasında deputat Qüdrət Həsənquliyev ingilis dilinin tədrisinin daha da genişləndirilməsilə məsələsini qaldırıb.

Mia.az xəbər verir ki, parlamentin spikeri bildirib ki, deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil edilsə də təəssüflər olsun ki, 3 millət vəkilindən başqa heç kəs kursa maraq göstərməyib.

"Arb" televiziyası deputatların ingilis dilində danışıq səviyyəsini öyrənmək üçün sorğu keçirib. Millət vəkillərindən Elman Nəsirli, Məlahət İbrahimqızı ingilis dilində biliyini nümayiş etdirərək xarici dildən danışsa da, Milli Məclisin təşkil etdiyi ingilis dili kursuna gedən millət vəkili Zahid Oruc xarici dildə hər hansı bir cümlə söyləməkdən imtina edib.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA