Rusiya XİN müavini: "Rəsmi Moskva Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına köklənib"

img

08-10-2018 [11:04]


"Yalnız bir real perspektiv var - münaqişənin danışıqlar vasitəsilə sülh yolu ilə həlli. Azərbaycan və Ermənistan xalqının təhlükəsizliyə, sabitliyə və inkişafa olan həyati maraqları Rusiyanın hərtərəfli şəkildə dəstəklədiyi danışıqlar prosesinin əsası və siyasi hərəkətverici qüvvəsidir".

Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İzvestiya" qəzetinə müsahibəsində deyib.

O xatırladıb ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri - Fransa və ABŞ ilə sıx əməkdaşlığa davam edir.

Q.Karasinin sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş vektor istiqamətində sülh razılaşmalarının hazırlanmasında münaqişə tərəflərinə yardım etmək üçün əlindən gələni etməyə çalışır.

"Bu mövqeyimiz dəyişməz olaraq qalır və bu, Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyasında əksini tapıb, Vladimir Putinin hər iki ölkənin liderləri ilə son görüşlərində bir daha təsdiqlənib", - Q.Karasin bildirib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA