Prezidentin köməkçisi: “Murtuz Ələsgərov Azərbaycan xalq hərəkatının generallarından biri olub”

img

02-10-2018 [13:27]


"Murtuz Ələsgərov Azərbaycan xalq hərəkatının generallarından biri olub. Bu sözü deməyə çəkinmirəm, xalq hərəkatında general yox idi. Murtuz Ələsgərovun orada təmsil olunması xalq hərəkatına məzmun və forma verdi”.

"Report” xəbər verir ki, bunu Bakı Dövlət Universitetində (BDU) ictimai-siyasi xadim Murtuz Ələsgərovun 90 illiyinə həsr edilən beynəlxalq elmi konfransda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

"Kortəbii formada olan xalq hərəkatının sonrakı dövrdə mütəşəkkilləşməsinə dəstək verdi. Heydər Əliyevin hakimiyyətə gəlişinin qarşısının alınmasına hesablanmış yaş senzi məsələsi ortaya atılmışdı. Həmin məsələ ilə bağlı xeyli deputat etiraz etmişdi. Onlar arasında Arif Rəhimzadə, Eldar İbrahimov var idi. Onlar parlamentdə müzakirə olunan ədalətsiz qərara qarşı mübarizə aparırdılar. İctimai dəstəyi isə Murtuz Ələsgərov verirdi. Həmin dövrdə Murtuz Ələsgərov ictimai-siyasi xadim kimi mövqeyini ortaya qoydu. Ona fiziki xəsarət də yetirmişdilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA