Elmar Məmmədyarov Əfqanıstanlı həmkarı ilə görüşdü - Müzakirə

img

28-09-2018 [18:44]


Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nyu-York şəhərində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahuddin Rəbbani ilə görüşüb.

Mia.az XİN-ə istinadən bildirir ki, BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutan görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıb, habelə regional enerji və nəqliyyat infrastrukturu layihələrini müzakirə ediblər. 

Görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də maraq doğuran digər məsələlər üzrə müzakirələr aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA