XİN-dən Teokarusun Dağlıq Qarabağa qanunsuz səfərinə - Reaksiya

img

28-09-2018 [15:14]


Azərbaycan XİN erməni mətbuatında yayılmış, Avropa Parlamentinin üzvü Eleni Teokarusun cari ilin 27 sentyabr tarixində işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı açıqlama yayıb.

XİN-dən Mia.az-a verilən məlumata görə, açıqlamada deyilir:

"Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teokarusun adı ölkəmizin ərazisinə girişi qadağan olunan şəxslər siyahısındadır və ona qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi açılıb. Ermənistan və erməni lobbisinin təsiri altında fəaliyyət göstərən bu şəxs, Ermənistan hakim dairələrinin işğalçı siyasətinə haqq qazandırmaq və onların təcavüzkar siyasətini təşviq etmək mövqeyini sərgiləyir".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA