“Rusiya ilə Azərbaycanın münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmətə əsaslanır” - Vladimir Putin

img

27-09-2018 [16:22]


"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər qarşılıqlı hörmət və xoşməramlı qonşuluq prinsipləri üzərində qurulub”.

 "RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

"Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin, şübhəsiz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulamaq istəyirəm. Biz mənafelərimizi həmişə tərazlaşdırmağa çalışır və bunu bacarırıq. Hazırda Azərbaycanda, təqribən, 700 Rusiya birgə müəssisəsi fəaliyyət göstərir. Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyaların həcmi 1,5 milyard dollardan çoxdur".

O qeyd edib ki, 2017-ci ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 12 faizədək artıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA