Elmar Məmmədyarov Qabriela Kuevas Barronla görüşüb - Müzakirə

img

27-09-2018 [15:43]


 ABŞ-ın Nyu-York şəhərində xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşüb.

Mia.az XİN-ə istinadən bildirir ki, görüşdə tərəflər Azərbaycanla Parlamentlərarası İttifaq arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər və 2018-ci ilin dekabr ayında Bakıda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliklərini ifadə ediblər.

Həmçinin tərəflər Bakı Beynəlxalq Humanitar Forumunun fikir mübadiləsi və müzakirələr aparmaq baxımından əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı gündəlikdə olan bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA